Home ƏYALƏT İlham Əliyevin uğurlu siyasətində dövlətimizin xalqa və şəhidlərimizə göstərdiyi münasibət bariz nümunədir

İlham Əliyevin uğurlu siyasətində dövlətimizin xalqa və şəhidlərimizə göstərdiyi münasibət bariz nümunədir

by admin
0 views

Cənab Prezident İlham Əliyevin çıxışının hər bir məqamında şəhidlərimizi dərin ehtiramla anması, şanlı qələbəmizdə onların rolunu xüsusilə vurğulaması dövlətimizin şəhidlərimizə necə münasibət göstərdiyinin bariz nümunəsidir!

Ulu öndər Heydər Əliyev kursunun layiqli davamçısı, prezidentimiz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsi olaraq Azərbaycan Respublikası 2020-ci ilin 27 sentyabrından 10 noyabrına qədər davam edən Vətən müharibəsində işğal olunmuş torpaqlarımızı azad etdi. Xüsusilə qeyd etmək istərdim ki, cənab Prezidentin torpaqlarımızın erməni işğalçılarından azad olunması istiqamətində fəaliyyətlərindən ən birincisi beynəlxalq tribuna və konfranslarda Azərbaycanın haqq səsini dünyaya çatdırmaqdan ibarət olmuşdur. Beynəlxaq ictimaiyyətə, xüsusilə prosesi nizamlamaq üçün üzərinə öhdəliklər götürən təşkilatara bildirirdi ki, Ermənistan sülh yolu ilə torpaqlarımızı geri qaytarmasa, müharibə yolu ilə qayataracaq. Onlar isə müharibə yolu ilə mümkün olmayacağını deyirdilər. Ancaq Prezident onların danışıqlar yolunu bacarmadıqlarını ordumuzun, əsgər və zabitlərimizin sayəsində mümkün etdi.

Bizə qələbəni bəxş edən Şəhid əsgər zabitlərimizin ruhunun şad olduğuna əmin ola bilərik. Cənab Prezident Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillər təqdim erkən onlarla görüşündə Azərbaycan və Ermənistan ordularını müqayisə edərkən ordumuzun necə qüdrətli olduğunu fəxr hissi ilə vurğulamışdır. Ordumuzun qüdrəti torpaqlarımızın azad edilmə müddətində də özünü aydın göstərdi. Üç-dörd ildə itirilən torpaqlarımız cəmi 44 günə azad edildi. Qələbədə xalqımızın və dövlətimizin həmrəyliyinin böyük əhəmiyyəti olmuşdur. Burada bir atalar sözü yerinə düşür: “El bir olarsa dağı oynadar yerindən”. Balaca uşaqdan tutmuş pensiyaçı baba-nənələrimizin əllərindən gəldiyi qədər ordumuza həm maddi, həm də mənəvi cəhətdən dəstək göstərdilər.

Torpaqlarımız işğaldan azad edildiyinə görə cənab Prezident qaçqın və məcburi köçkünlər üçün tikilməsi və yeni istifadəyə verilməsi nəzərdə tutulan yaşayış komplekslərini Şəhid ailələri və müharibə əlillərinə verilməsi üçün fərman imzaladı. Bu fərmanın imzalanması və Ramana qəsəbəsində yaşayış kompleksinin özünün iştirakı ilə evlərin Şəhid ailələrinə və müharibə əlillərinə verilməsi, onlara dövlət qayğısının, dəstəyinin bariz nümunəsidir. Cənab Prezident çıxışının hər bir məqamında şəhidlərimizi dərin ehtiramla anması, şanlı qələbəmizdə onların rolunu xüsusilə vurğulaması dövlətimizin şəhidlərimizə necə münasibət göstərdiyini aydın göstərir. Onların ailələrinə evlərin verilməsi, sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində addımlar atılıb və bu addımlar daha da genişləndirilir.

Cənab Prezident Şəhid ailələri və əlillərlə görüşündə onlara dərin hörmətlə yanaşmış və bundan sonra da onların daim diqqət mərkəzində saxlanılacağını xüsusilə vurğulamışdır. Şəhid ailələri və əlillər bu diqqət və qayğını hər zaman hiss etdiklərini və buna görə Prezidentə öz sonsuz təşəkkür və minnətdarlıq hissələrini bildirmişdilər.

 

Suraxanı rayonu, 327 nömrəli tam orta məktəbin müəllimi Talıb Talıbl

Bu yazılara da göz atın...