Home ARAŞDIRMA Dünya güclərinin QAFQAZ mübarizəsi və Qərbin sərkərdəsi Əli Kərimli-TƏHLİL

Dünya güclərinin QAFQAZ mübarizəsi və Qərbin sərkərdəsi Əli Kərimli-TƏHLİL

by admin
1 views

“Tarixin geosiyasi dəyişikliyi ərəfəsində Qafqazda Rusiya və Qərb arasında mübarizə gedib. Rusiya Qafqaza mədəni muxtariyyəti kimi yanaşırsa, Qərb məsələyə Yaxın Şərq konteksindən yanaşır.”

KAİM.az Azerbaycanrealligi.com-istinadən xəbər verir ki, bu fikirləri siyasi ekspert Füzuli Bədirov sosial şəbəkədə ki, hesabında paylaşıb. Ekspertin sözü gedən açıqlamasını oxuculara təqdim edirik.

“Hər iki qütb Qafqazı ələ keçirmədən Yaxın Şərq maraqlarını tam olaraq təmin edə bilməyəcəyini dərk edir. Qafqaz ölkələrinin mədəni və mənəvi paytaxtı olan Azərbaycan hər iki qütb üçün sözün əsl mənasında yağlı, həmdə həzm olunmayan bir tikədir. Amma maraq burdadı ki, ölkəmizdə qüvvələr balansı çətin bir vəziyyət formalaşdırır. Əgər, özünü ana müxalifət sayan AXCP və Milli Şura bir mənalı olaraq Qərb avroatlantik məkana inteqrasiya və Rusiyanın maraqlarının vurulması kursunu seçibsə, iqtidar əksinə olaraq ölkə maraqların önə çəkərək balanslı siyasətə üstünlük verir.

Əli Kərimli öz facebook səhifəsində maraq yaradacaq fikirləri bölüşərək bildirir ki, Rusiya Ermənistanda özünə sadiq müxalif Köçəryanın vasitəsi ilə qərb tərəfindən küçədən inqilab yolu ilə hakimiyyətə gətirdiyi Paşinyanı devirəcək, əvəzində Köçəryan hakimiyyətinə yenidən Hadrutu və Şuşanı qazandıracaq. Əgər, sözlərə diqqətlə fikir versək görərik ki, Əli Kərimli Paşinyan iqtidarının davamlı olmasında maraqlıdır. Axı bizim üçün nə fərqi var Köçəryan və ya Paşinyan, hər ikisi sonda düşmən ölkənin siyasiləridir. Deməli, Əli bəyi daha çox qərbin dəstəklədiyi şəxsin hakimiyyətdə qalması maraqlıdı, o ki qaldı ölkəmizin milli maraqları. Əli bəy, müharibə bizim qələbəmizlə bitdi, Ermənistan öz məğlubiyyətini etiraf etdi, Şuşa və Hadrut Azərbaycanın tərkib hissəsinə qayıtdı. Əli bəy, bizi ölkəmizin maraqları, sizi isə daha çox Qərbin maraqları düşündürür”

KAİM.az

Bu yazılara da göz atın...