Home banner Bərdədə 20 Yanvar abidə kompleksi dağıdıldı – icra başçısı isə… FOTOLAR

Bərdədə 20 Yanvar abidə kompleksi dağıdıldı – icra başçısı isə… FOTOLAR

by admin
7 views
Bərdə şəhərində 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılan abidə kompleksi dağıdılıb. 
KAİM.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya rayon sakinləri məlumat verib.
Sakinlərin verdiyi məlumata görə, bu səhər Bərdə şəhərində Tərtər çayının sol sahilində ucaldılıbmış abidəni ziyarətə getmək istəyən rayon sakinləri abidənin tamamilə sökülüb- dağıldığını deyir.
KAİM.az-a edilən digər iddiada isə ərazinin dağıdılmasınə səbəb oranın  icra hakimiyyəti tərəfindən baxımsız saxlandığı bildirilib. Vətən torpağının hər qarışını qanını ilə sulayan Qəhrəman Şəhidlərimizinin tarixi abidəsini məhz məmurlar tərəfindən baxımsızlıqdan dağılması tragediyadan başqa bir şey deyil. İnanırıq ki, Bərdədə Qəhrəman Şəhidlərimizinin tarixi abidəsini bu hala gətirənlər kimliyindən aslı olmayaraq yaxın günlərdə qanun qarşıında cavab verəcəklər.

Bu yazılara da göz atın...