Home banner “Bəxtim açılıb, neçə evlilik təklifi almışam“ – Pərvin Abıyeva

“Bəxtim açılıb, neçə evlilik təklifi almışam“ – Pərvin Abıyeva

by admin
13 views
“Bəxtim açılıb, son vaxtlar iki-üç evlilik təklifi almışam”.
Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva sosial şəbəkədə yazıb. Sənətçi izləyicilərinin ona ünvanlandığı sualları cavablandırıb.
Pərvin “Bir gün hər şeyi atıb başqa ölkədə sizi dəlicəsinə sevən biri ilə yaşayardınız” sualına “Bəli. Sevgidən qidalanıram, eşq qadınıyam” cavabını verib.
Aktrisa ünvanına yazılan tənqidlərdən, dostlarının onun yanında olmamasından yazıb:
“İnsanlara kömək etməyi, üzlərini güldürüb, sevindirməyi xoşlayıram. Bundan həzz alıram. Çox vaxt deyirəm ki, etməyəcəm, bitdi. Yaxşılıq edəndə maddi heç nə gözləmirəm. Gözlədiyim tək şey pis günümdə yanımda olmalarıdır. Heç olmasa bir zəng, xoş söz, mesaj yazsınlar. Mən ayağa qalxandan sonra bir çoxunun yadına düşdüm”.

Bu yazılara da göz atın...