Home banner Baş redaktor Jurnalistlərin Həmkarlar İttifaqı və Mətbuat Şurasının fəaliyyətinin araşdırılmasını tələb edir

Baş redaktor Jurnalistlərin Həmkarlar İttifaqı və Mətbuat Şurasının fəaliyyətinin araşdırılmasını tələb edir

by admin
2 views

2019-cu ildə Əli Həsənovun ölkə prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi vəzifəsindən azad edilməsi və 14 yanvar 2021-ci ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş rəhbəri Vüqar Səfərlinin külli miqdarda dövlət vəsaitinin mənimsənilməsinə görə həbs edilməsi Ə. Həsənovun dəstəyilə yaradılmış təşkilatların fəaliyyətinin ictimai araşdırılmasını aktual edir. Bununla həbsdən öncə və həmin xadimlər işdən azad edilənədək Realliq.info portalının redaktoru İkram Rəhimov (Rafiqoğlu) məşğul olub.

26 oktyabr 2018-ci ildə İ.Rəhimov saxlanılıb, 2019-cu ildə hədə-qorxu ilə tələb etməyə görə 5,5 il müddətinə azadlıqdan mühakimə olunub, 2020-ci ildə vaxtından əvvəl şərti azadlığa buraxılıb. İstintaq təcridxanasında quru aclıq edərək azadlığa buraxılmasını tələb edib və bildirib ki, Əli Həsənov və onun komandası haqda korrupsiya məlumatlarını dərc etdiyinə görə cəzalandırılıb.

İkram Rəhimov Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurası sədrinin müavini və KİV-ə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının keçmiş üzvü Müşfiq Ələsgərlini öz həbsinin Mətbuat Şurasının İdarə Heyəti tərəfindən hüquq-mühafizə orqanlarına təqdimat əsasında baş tutmasında ittiham edib.

Yanvarın 21-də Youtube-da “Siyasi meydança”da “Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallı (2012-ci ildə hədə-qorxu ilə tələbetmə maddəsilə 9 il müddətinə azadlıqdan məhrum edilmişdi, lakin hüquq müdafiəçilərinin iddialarına görə, siyasi nəşrlərə görə cəzalandırılıb) Müşfiq Ələsgərli və İkram Rəhimovun açıq diskussiyasını təşkil edib.

M. Ələsgərli opponentinin söylədiyi və dərc olunmuş 11 ifadənin siyahısını tamaşaçılara təqdim edib. Bu ifadələrdə İ.Rəhimov Jurnalistlərin Həmkarlar İttifaqının sədrini konkret mənəvi və cinayət əməllərində ittiham edir. İ.Rəhimov hesab edir ki, Əli Həsənovun komandasında həlledici fiqurlardan biri olan M. Ələsgərli ən azı ona görə məsuliyyət daşıyır ki, jurnalistlər üçün yaşayış binalarının tikintisi, mənzillərin paylanması zamanı büdcə vəsaitlərinin oğurlanması, dövlət qrantlarının hakimiyyətə yaxın KİV-lər arasında bölüşdürülməsi, Mətbuat Şurasının ali jurnalistika mükafatının jurnalistikadan uzaq adamlara verilməsi, Əli Həsənovun sifarişi ilə jurnalistlərə qarşı cinayət təqibləri haqda hüquq-mühafizə orqanlarına məlumat verməyib.

Bu yazılara da göz atın...