Home ARAŞDIRMA Baydenin “genosid” sözünü işlətmə EHTİMALI və gələcək ABŞ-Türkiyə münasibətlərinin SİYASİ XƏTTİ – ARAŞDIRMA

Baydenin “genosid” sözünü işlətmə EHTİMALI və gələcək ABŞ-Türkiyə münasibətlərinin SİYASİ XƏTTİ – ARAŞDIRMA

by admin
20 views

Siyasi ekspert Kamal Əliyev

İndi bütün ermənilərin diqqəti sabah ABŞ prezidenti Cozef Baydenin “soyqırım” sözünü deyib deməməsindədir. Erməni diasporu elə düşünür ki, Türkiyənin son illər ABŞ-la münasibətlərinin gərginləşməsi, rəsmi Ankaranın Rusiyadan “S-400” raket sistemlərini alması, “F-35″proqramından qardaş ölkənin çıxarılması onları nəhayət arzusuna çatdıracaq.

Əslində, soyqırım mövzusu keçmiş ABŞ prezidenti Cimi Karterin vaxtından aktual olmağa başlayıb. İddia olunur ki, Bayden bu dəfə ermənicə “Meds Yeghern” – “böyük fəlakət” sözünü yox, soyqırım sözünü birbaşa səsləndirəcək. Halbuki Baydendən əvvəlki ABŞ prezidentləri “Meds Yeghern” sözünü işlədirdi.

Ancaq bu dəfə vəziyyət daha fərqlidir. Bayden seçki təbliğatında ermənilərə söz vermişdi ki, soyqırım sözündən istifadə edəcək. Üstəlik, vitse prezident Kamala Harris də ermənilərin kompakt yaşadığı Kaliforniya ştatından senator seçilmişdi.

Xatırladım ki, Obama da ermənilərə “soyqırım” sözünü dəyəcəyini vəd etmişdi. Ancaq 8 illik Obama adminstrasiyasında bu baş vermədi. Məsələnin bir maraqlı tərəfi də ondan ibarətdir ki, Donald Trampın vaxtında konqresin hər iki palatasında “soyqırım” haqqında qanun layihəsi qəbul olunmuşdu. Lakin, Tramp soyqırım sözünü işlətmədi. Əgər Bayden soyqırım sözünü işlətsə, həm nümayəndələr palatasının, həm də senatın qəbul etdiyi bu qərar qüvvəyə minəcək.

Yeri gəlmişkən, qəbul olunan qərarlarda hətta Türkiyə cümhuriyyəti vaxtında, 1919-da pontus və kəldanilərə qarşı “soyqırım”-da nəzərdə tutulub.

Qeyd edim ki, ABŞ siyasi elitasında “soyqırım” sözü ilk dəfə Cimmi Karterin vaxtında səslənməyə başladı. 1974-cü il Kipr hərəkatında ABŞ-Türkiyə münasibətləri çox gərginləşmişdi. Karter 1978-ci ildə erməni diasporu ilə görüşündə demişdi ki, ermənilərdən daha çox acı çəkən başqa bir xalq tanımıram.

Ancaq Cimi Karterdən sonra prezident seçilən Ronald Reyqan “soyqırım” sözünü işlətmişdi. Hətta Reyqan Xolokost muzeyinin açılışında yəhudilər və kombocyalılarla bərabər ermənilərin də soyqırıma məruz qaldığını demişdi. Lakin o vaxt konqresin indiki kimi qərarı yox idi.

Ata Corc Buş isə “fəlakətə qurban gedən ermənilər” demişdi. Hərçənd, Buşla o zamanki Türkiyə prezidenti Turqut Özalın münasibətləri daha isti idi.

***

Sonra prezident olan Bill Klinton da “ermənilərin çox sayda ölümü” cümləsini istifadə edirdi. Lakin, Obama daha çox “Meds Yeghern” sözündən istifadə etdi. Tramp “böyük fəlakət” dedi. Bayden isə “soyqırım” deyə bilər.

Hər halda, “Nyu york Taymz“, “Wall Street-Journal” kimi qəzetlər belə yazıb.

Mən şəxsi düşüncəm budur ki, Bayden “soyqırım”desə belə, bunun Türkiyə üçün problem yaratmağı qeyri-mümkündür. Əslində, ABŞ Türkiyəyə qarşı illərlə istifadə etdiyi təzyiq vasitələrindən birini də beləcə xərcləyəcək. Əksinə, ABŞ-Türkiyə münasibətləri bir müddət daha soyuyacaq. Bu, Türkiyəni Rusiya və Çin kimi ölkələrin vektoruna daha da yaxınlaşdıracaq. Baydenin “soyqırım” sözü təkcə Ərdoğan iqtidarına qarşı deyil, bütünlükdə türk dövlətlərinə qarşı bir qərar kimi qəbul olunacaq.

Zənn etmirəm ki, Türkiyə NATO-dan dərhal çıxacaq. Ancaq ABŞ-ın “S-400″lə bağlı Türkiyə Hərbi Sənayesinə tətbiq etdiyi sanksiya qərarı qardaş ölkəni başqa arayışlara məcbur edəcək. Türkiyə son illər ən müasir müdafiə sənayesi sistemi qurub. Və Suriyada, Liviyada bundan istifadə etib.

Şübhəsiz, bu, ABŞ-ın əsla xoşuna gəlmir. Vaşinqton bütün tarix boyu Türkiyəni arxadan vurub. Nəhayət, bu həqiqəti bütün türk xalqı qəbul edəcək. ABŞ kimi imperialist dövləti demokratiya, insan hüquqlarından daha çox strateji mənfəətləri maraqlandırır.

Baydenin “soyqırım” sözünün bir ucu da Azərbaycana toxunacaq. Bu, birmənalı olaraq belədir.

Rəsmi Bakının bundan sonra da saxta soyqırım iddialarına qarşı Türkiyə ilə mübarizə aparması həyatı önəm daşıyır.

Kainat” Analitik İnformasiya Mərkəzi / KAİM.az

Bu yazılara da göz atın...