Home banner Daxili Qoşunların Xüsusi təyinatlı zabiti hərbi hissədə özünü GÜLLƏLƏDİ – SON DƏQİQƏ

Daxili Qoşunların Xüsusi təyinatlı zabiti hərbi hissədə özünü GÜLLƏLƏDİ – SON DƏQİQƏ

by admin
111 views
Daxili İşlər Nazirliyinin Daxili Qoşunların zabiti xidmət etdiyi hərbi hissədə intihar edib.
KAİM.az-ın verdiyi xəbərə görə, DİN xüsusi təyinatlı dəstəsinin komandiri, 1989-cu il təvəllüdlü kapitan Məmmədov Alim Nazim oğlu yanvarın 30-da Quba rayonunda ürəyindən tapança ilə atəş açaraq özünü öldürüb.
Məlumata görə, A.Məmmədov evli olsa da, 10 ilə yaxındır ki, övladı olmurmuş. Yanvarın 28-də  ilk övladı dünyaya gəlib.
A. Məmmədovun cənazəsi bu gün Qubadan Sumqayıta gətirilərək dəfn edilib.
Qeyd edək ki, XTD üzvü Alim Məmmədov Vətən Müharibəsində iştirak edərək qəhrəmancasına döyüşüb.
(qafqazinfo)

Bu yazılara da göz atın...