Home banner DTX-a həbs etdiyi eks-nazirin dayısı icra başçısı olmuş Ənvər Seyidəliyev də YAXALANDI? – SON DƏQİQƏ

DTX-a həbs etdiyi eks-nazirin dayısı icra başçısı olmuş Ənvər Seyidəliyev də YAXALANDI? – SON DƏQİQƏ

by admin
81 views

Məlum olduğu kimi bu gün Səbail Rayon Məhkəməsi sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov barədə qərar verib.

GUNinfo.az bildirir ki, eks-nazir barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Həbsə səbəb S.Müslümov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət almaqda  təqsirləndirilir. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumatda bildirilir ki, Səlim Müslümov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bolgexeber.com-a daxil olan məlumata görə artıq həbs olunan eks-nazirin uzun müddət Ağsunun icra başçısı işləmiş dayısı Ənvər Seyidəliyev haqda da müvafiq orqanlar araşıdrmalara başlayıb . Vəzifədə olduğu müddətdə törətdiyi bir çox qanunsuzluqlara görə onun da  yaxın zamanlarda istintaq cəlb ounaraq həbs olunacağı bildirilir. Deyilənlərə görə, Ənvər Seyidəliyev də vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət almaqda şübhəli bilinir. Sabiq icra başçısı vəzifədə olduğu vaxtlarda rayonda və Bakı şəhərində yığdığı rüşvət sayəsində çox sayda evlərə, obyektlərə sahib olduğu bildirilir. Bundan başqa Ə. Seyidəliyevlə bağlı çox sayda şikayətilərin olduğu da daxil olan məlumatlarda qeyd edilir.

ardı var

GUNinfo.az

Bu yazılara da göz atın...