Home banner Kənd camaatı etiraza qalxdı:”Cənab prezident bizi silahlı işğalçı vahabi kapitanın bəlasından qurtar” – VİDEOMÜRACİƏT

Kənd camaatı etiraza qalxdı:”Cənab prezident bizi silahlı işğalçı vahabi kapitanın bəlasından qurtar” – VİDEOMÜRACİƏT

by admin
166 views

Astarada 5 ildir pay torpaqları R.Mədətov tərəfindən işğal edilən kənd sakinləri etirza qalxıb.

KAİM.az bildirir ki, Astara rayonun Şahağacı kəndində çörəyi torpaqdan çıxan Əsgər, Qazi, Şəhid ailə sahibləri çətin duruma salındıqlarını, ardıcıl təhtid  edildiklərini, onlara gün verib, işıq verməyən, atası radikal müxalifətçi, vahabi – gəmi kapitanı, yerli məmurlarla əlbir olan Rəşad Mədətovdan prezidentə videomüraciət ünvanlanıb.

Şikayətçilər bildirib:

” R.Mədətovun qoçuluğu ilə bağlı yazdığımız, getdiyimiz idarə qalmayıb. Kənddə işğala məruz qalmış onlarla ailə və hər ailənin hektarlarla torpağını zorla əlindən alaraq çəprləyən Mədətov, bizə kömək etmək istəyn vəzifə sahiblərini şantaj edərək sosial şəbəkələrdə şər xarakterli məlumatlar yayır. Pay torpaqlarımızı bilərəkdən zəbt edən Mədətov guya 250 min manata ərazini alıb.Kimdən alıb necə alıb, bilinmir. Nə sənəd var nə dəki sübut. Amma  bu pay torpaqlarının bizlərə verilməsi ilə bağlı qanuni Bələdiyyə qərarı var. Lakin buna baxmayaraq R.Mədətov bizim pay torpaqlarında qanunsuz ferma tikib çəpərləyib. Torpaq sahiblərinin hər gün qabağını kəsərək NƏŞƏ ilə hamınızı içəri soxduraram, silahla pay torpaq sahiblərinin evinə gedib, torpağı geri almaq istəyənləri güllələyəcəyini deyir.

Yuxarıda güclü dostlarının olduğunu, çoxlu pulunun olmasını bildirir. Nə edək ki,  pulumuz yoxdu demək ölməliyik, əzilməli və taptalanmalıyıq. Pulumuz olmasada hər zaman  bizə sahib çıxan prezidentə inanırıq. Bizlərə nə etsələr də heç kimdən çəkinməyib qorxmuruq. Bizlərə  Allahımız və Prezidentimiz yetər!

Haqları əlindən alınan, əzilən bizlər eləcə də onlarla pay torpağı məcbur əlindən alınmış kəndli ailələr prezidentən kömək istəyir, rayonda baş qaldıran özbaşınalıqları çatdırırıq. Bildirik ki, R.Mətədovun başçılığı altında müxalif qüvvələr, xaricdən ölkmizə soxulan gizli dini təriqətlər, yerli qolçomaxlar və feodallar rayonda çaxnaşma yaratmağa çalışırlar. Bu səbəbdən də kənd camaatı qəstdən incidilir həbslərlə hədələnir. Cənab prezidentdən, DTX-nın sədrindən, DİN-nin rəhbərindən kömək istəyib deyirik ki, bizlərə yazığınız gəlsin kömək edin, inanın ki, az keçməz R.Mədətov nəinki Astaranı,  separatçı Hümbtov kimi bütün cənub bölgəsinə sahib olmaq  fikirindədir.

Məlumunuz olsun ki, vahabi ərəblərlə işbirliyi tutan, bunun müqabilində güya gəmi kapitanı kimi ayda 15 min dollar alan R.Mədətovun əsl simasın gizlədir. Kim bilir “gizli əli” ilə idarə olunan Mədətov qonşu ölkənin dini şəbəkəsi ilə əlaqəsi olmadığı nə məlumdur? Bu şəxsin ciddi şəkildə nəzarətə götürülməsi, rayonda etdiyi özbaşınalıqların qarşısı təcili şəkildə alınmalıdır. Bu istiqamətdə də kənd cakinləri və bizlər də yenə hər zaman olduğu kimi dövlətimizin və qanunlarımızın yanında olacağıq…!”

Ətraflı videomüraciətdə:

 

Bu yazılara da göz atın...