Home ARAŞDIRMA Nikol Paşinyanın SSRİ-yə qarşı vuruşan FAŞİST babası haqqında İLGİNC TARİXİ FAKTLAR – ARAŞDIRMA

Nikol Paşinyanın SSRİ-yə qarşı vuruşan FAŞİST babası haqqında İLGİNC TARİXİ FAKTLAR – ARAŞDIRMA

by admin
235 views

Ermənistanda yaşanan cari xaosun içində artıq başqa bir mövzu da yavaş-yavaş diskurs mövzusuna çevrilir. Bunun səbəbi Paşinyanın doğma babası Nikolay Paşinyanın ikinci dünya müharibəsində alman nasistləri tərəfindən (German Wehrmacht) Sovet İttifaqına qarşı erməni legionerlərindən ibarət diviziyanın tərkibində döyüşmüş olmasıdır.

Mən o qənaətdəyəm ki, heç kim atasının, babasının, ümumiyyətlə sülaləsindən kiminsə etdiklərinə görə məsuliyyət daşıya bilməz. Fərdlər törətdiyi əməllərə görə, hüququn qarşısında xüsusi imtiyazlara sahib deyillər. Lakin bu, siyasətdə o qədər də keçərli deyil. Siyasətçi publik şəxsdir və o, rəqibləri tərəfindən haqlı və haqsız yerə təftiş olunur. Qərəz, bu, siyasətin təbiətinə xasdır.

Qısa müddət əvvəl Rusiya prezidenti Vladimir Putin “Böyük Vətən Müharibəsi”-nin 75 illiyini qeyd etmək üçün Moskvada tədbir keçirdi. Əlbəttə, bu tədbirə mütərəqqi dünyadan heç kim gəlməmişdi. Həmin gün Ermənistanın baş naziri özünün feysbuk səhifəsində Hitler Almaniyasına qarşı “vuruşan” babası Nikolay Paşinyan haqqında status paylaşıb babasının qəhrəmanlığından dəm vurmuşdu. Hətta Paşinyan babası N.Paşinyanın (1913-1943) ermənilərdən ibarət olan 138-ci motoatıcı diviziyanın 554-cü alayında nasistlərə qarşı döyüşdüyünü fəxarətlə qeyd etmişdi. Şübhəsiz ki, Paşinyanın siyasi rəqibləri və araşdırmaçı jurnalistlər bu mövzuya ciddi diqqət ayırdılar. Rusiya Müdafiə Nazirliyinin 2007-ci ildə yaratdığı “Memorial” saytından bəzi məlumatlar əldə etdilər.

Bir müddətdir ki, mən də bu databazadan maraqlı məlumatlar əldə edirəm. Saytda müharibədə ölənlər, yaralananlar və itkin düşənlər haqqında məlumatlar toplanıb. Bu databazada müharibədə ölən 20 milyon insanın 17 milyonu haqqında kifayət qədər maraqlı və fiktiv olmayan informasiya toplanıb. Bu tədqiqatların nəticəsində Paşinyanın babasının elə Sovet İttifaqına qarşı döyüşdüyü məlum olub.

Baba Paşinyanın ölüm tarixi 29.09.1943-cü il kimi göstərilir.

Gördüyünüz arxiv materiallarında Nikolay Paşinyanın qısa bioqrafiyasını görmək mümkündür. Qeyd edim ki, “Memorial”-ın bir spesifik xüsusiyyəti də budur ki, mənbələr və materiallar şəxslər haqqında fərdi informasiyaları da verə bilir.

Yuxarıda qeyd etdiyim kimi, Paşinyan babasının “düşmən” tərəfdən döyüşməsinə görə heç bir halda mənəvi məsuliyyət daşıya bilməz. Hərçənd, bir müddətdir sosial şəbəkələrin erməni seqmentində bu iddialardan erməni baş nazirə qarşı istifadə olunur. Müəyyən qrup bununla razılaşa bilər. Lakin ortaya çıxan ritorik münasibət məntiqli olaraq bütün diqqətləri Paşinyanın babası haqqında statusunun üzərində cəmlənir. Çünki, Paşinyan hələ də bu iddialara münasibət bildirmir. Elə ona görə də opponentlərin hədəfində qalmaqda davam edir.

Paşinyan paylaşdığı statusda babasının 1943-cü ilin fevralında öldüyünü yazmışdı. Ancaq başqa bir mənbə onun itkin düşdüyünü deyir. Belə ki, bir versiyada bu hadisənin Stalinqrad ətrafında, digər versiyada isə Krımda baş verdiyi göstərilir. İkinci dünya müharibəsində təxminən 70 min erməni müxtəlif medallar və ordenlərlə təltif olunub. Bunlardan 103 nəfərinə Sovet İttifaqı Qəhrəmanı adı verilib.

Wehrmacht” erməni legionu da Hitler Almaniyası tərəfindən döyüşüb. İlkin məlumatlara görə, almanlar tərəfindən 8000, daha sonra isə 30000 min erməninin döyüşdüyü bilinir. Məsələnin ən maraqlı tərəfi odur ki, bu ermənilərin çoxu Qırmızı Ordunu qarşı tərəfə dəyişənlərdir. Erməni legionuna general “Dro” kimi tanınan Drastamat Kanayan başçılıq edib. Nasistlər o zaman ermənilərə müstəqillik sözü vermişdilər. Lakin ermənilərin arasında Adolf Hitlerə inanmayanlar da vardı. Daha sonra bəziləri hətta Sovet ordusuna geri qayıdır. Arxiv materiallarında alman generalların ermənilərə şübhəli və ciddi yanaşdığını da görmək mümkündür.

Hazırkı Paşinyan hakimiyyətinin nasistlərə simpatiyasını Qaregin Nijdeyə münasibətdə görmək mümkündür. Nijdenin 3-cü reyxlə isti münasibətləri sübut olunub. Lakin erməni hakimiyyətinə görə, Qaregin Nijde erməni dövlətçiliyinin banisidir. Bu, həmin o Nijdedir ki, 1940-cı ildən “Wehrmacht“tərəfdən döyüşmək üçün erməni batalyonları yaradıb. Nijde daha sonra Berlində yaradılan Erməni Milli Şurasına qoşulub. Nəticədə o, həbs olunub və Vladimir Mərkəzi həbsxanasında ölüb. Əgər Paşinyan Nijde haqqında öz tarixi arqumentlərini əsaslandırmaq istəyirsə, (hətta onu sovet siyasətçisi, xarici işlər naziri olmuş Vyaçeslav Molotov ilə müqayisə etmək istəyirsə, o zaman babası haqqında qeyri-müəyyənliyə də son qoymalıdır. Molotov Almaniya və SSSR arasında 1939-cu ildə dostluq və əməkdaşlıq haqqında müqavilə imzalamışdır) daha konkret olmalıdır.

Güman etmirəm ki, Paşinyanın nasist fikirləri var. Lakin babası Nikolay Paşinyan və Qaregin Nijde haqqında arqumentləri insanlarda şübhə doğurur. Keçən ay Paşinyanın rəhbərlik etdiyi “Mənim Addımım” fraksiyası 1941-1945-ci il müharibə veteranlarına ödənən təqaüdlərə artımı da rədd etmişdi.

Ümumiyyətlə, ermənilərin nasist sevgisi həmişə mənə qəribə gəlib. Yəqin, Xocalıda törətdikləri vəhşilikləri də Nijdenin ideyalarından əxz ediblər.

Siyasi ekspert Kamal Əliyev

“Kainat” Analitik İnformasiya Mərkəzi / KAİM.az

Bu yazılara da göz atın...