Home banner ŞOK GƏLİŞMƏ! Bazarda silahlı ATIŞMA-Akif Şıxəliyev HƏBS EDİLDİ

ŞOK GƏLİŞMƏ! Bazarda silahlı ATIŞMA-Akif Şıxəliyev HƏBS EDİLDİ

by admin
7 views
Krasnoyarsk polisi “Luç” bazarının Azərbaycandan olan direktoru Akif Şıxəliyevi həbs edib.
KAİM.az-ın xəbərinə görə bu barədə Rusiya KİV-ləri yazıb.
Krasnoyarsk polisi mətbuat xidmətinin məlumatına görə, fevralın 5-də Şaxtaçılar küçəsi ərazisində atışma baş verib. Hadisə yerinə gələn polis və “Rosqvardiya”nın əməkdaşları müəyyən ediblər ki, bir kişi ov silahından atəş açıb. Xəsarət alanlar yoxdur.
Polislər münaqişə iştirakçılarının hamısını saxlayıblar. Onun təşəbbüsçüsü barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 2-ci maddəsinin 213-cü hissəsi ilə (silah işlətməklə törədilən xuliqanlıq) cinayət işi açılıb.
Atəşə görə Şaxtaçılar küçəsi 62-də  yerləşən “Luç” bazarının direktoru həbs edilib. Məlumata görə, onun adı Akif Şıxəliyevdir.

Bazar işçiləri jurnalistlərlə deyiblər ki, ola bilsin, münaqişə pul üstündə baş verib: “”Luç”a Azərbaycandan, tərəvəz və meyvələrin ucuz satıldığı “Cənub” bazasına isə Tacikistandan olan bir nəfər rəhbərlik edir. Onların bir-birilərindən xoşları gəlmir”.

GUNinfo.az

Bu yazılara da göz atın...