Home Bölgə Bəs Vasif Talıbov deyirdi ki, Naxçıvanda koronavirus yoxdur…

Bəs Vasif Talıbov deyirdi ki, Naxçıvanda koronavirus yoxdur…

by admin
12 views

“Naxçıvanda COVID-19 virusu tüğyan edir, xəstə əlindən məktəblərdə uşaq tapılmır ki, müəllim dərs keçsin”

Bu barədə “MediaPost”a daxil olan şikayətdə bildirilib. Şikayətçi Naxçıvanda koronavirusun bu qədər geniş yayılmasına baxmayaraq hələ də təhsil müəssisələrinin bağlamamsınına etirazını bildirir:

“Vəziyyət çox pisdir. Naxçıvanda yaşayan insanlar bilir ki, burada vəziyyət necədir. Amma nə məktəb, nə də universiteti bağlamırlar”.

Məsələ ilə bağlı “MediaPost”a açıqlama verən TƏBİB-in İcatimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış bildirib ki, onlarda Naxçıvanda koronavirusun geniş yayılması ilə bağlı məlumat yoxdur.

Nazirlər Kabineti ilə əlaqə saxlamağa çalışsaq da, hər zaman olduğu kimi qurumun mətbuat xidmətindən məlumat ala bilmədik.

yenilider.info

Bu yazılara da göz atın...