Home Bölgə Xızıda karantin qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkarlandı – VİDEO

Xızıda karantin qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkarlandı – VİDEO

by admin
5 views

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları axşam saatlarında inzibati ərazilərində xidmət aparan zaman rayonun Giləzi qəsəbəsi ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıblar. Obyektin fəaliyyəti dərhal dayandırılıb, qanunvericiliyə uyğun kafenin icarədarı L.Hacıyeva, orada çalışan bir işçi və doqquz nəfər müştəri saxlanılaraq Xızı RPŞ-a gətiriliblər.

Həmin şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

yenilider.info

Bu yazılara da göz atın...