Home CƏMİYYƏT Əli Həsənov və onun YALAN MAKİNASI-TƏFƏRRÜAT

Əli Həsənov və onun YALAN MAKİNASI-TƏFƏRRÜAT

by admin
8 views

Mən Əli Həsənovun fəaliyyətini təhlil edərkən, “professorun”əməllərini ardıcıl və məntiqi ardıcıllıqla vurğulamaga çalışıram. Əli Həsənov və “Həsənaz” mifinə daha ciddi mövqe bildirilməlidir.

1-Əli Həsənov və Azərbaycan KİV-i

Əli Həsənov 2019-cu ildə vəzifəsindən azad edilənə qədər Əliyev hökumətinin media sektoruna rəhbərlik edirdi. Cənab “professorun” kurasiyasında olan KİVDDF Azərbaycan jurnalistikasının anasını ağlatdı. Həsənov bu gün həbs olunan Vüqar Səfərli ilə elə maxinasiyalar həyata keçirdi ki, gəl görəsən. Əlbətdə, bu “nəcib” işdə MŞ sədri Əflatun Amaşovuda unutmadıq. Amaşov Əli Həsənov və Vüqar Səfərli triosu jurnalistlərə ev tikilməsində yeyilən külli miqdarda vəsaitlərə görə də ən azından mənəvi məsuliyyət daşıyır.

Deməli, 1000 tirajla nəşr olunmayan qəzət dövlətdən maliyyə yardımı ala bilməzdi. Hamı bilir ki, Həsənovun yaramaz media siyasəti nəticəsində Azərbaycan adlı ölkədə heç 5 qəzet belə çap olunmurdu.

Əli Həsənova bu işdə “Azərbaycan Dövlət Nəşriyyatının”-da köməyi dəyib.

Bazarda qəzet satışını QASİS adlı firma həyata keçirirdi. Əli Həsənov yoldaş QASİD-ində fatihəsini verib yerinə yeni dizaynlı köşklər gətirdi. Bu köşklərdə də qəzətdən başqa hər şey satılırdı; gül, şəkərbura, paxlava, enerji içkiləri və s.

Gənclər sektoru.

Əli Həsənov Azərbaycandakı gənclər sektorunu tam inhisara almışdı. O, bunu Gənclər Fondu vasitəsilə həyata keçirirdi. Gənclər təşkilatlarının rəhbərlərinə ildə 5-10 min azn verib onlara tədbirlərdə özü üçün əl çaldırırdı.

Əli Həsənov Azərbaycan mətbuatına vulqarizm ənənəsini gətirib. Müxalif düşüncəli insanları qəzetlərində söydürüb. O,oğlu Şamxal Həsənovun rəhbərlik etdiyi Xəzər tv və Dalğa tv-də hər oyundan çıxıb. Müstəqil düşüncəli jurnalistlərin böyük qismini bu illər ərzində satın alıb. İndi müalicə adıyla Türkiyədə gizlənir. Əli Həsənov Azərbaycana gətirilməlidir və ədalət önündə mühakimə olunmalıdır.

Kamal ƏLİYEV

Bu yazılara da göz atın...