Home CƏMİYYƏT 20 Yanvar hadisələri Monteneqro mediasında DƏRC OLUNDU-FOTO

20 Yanvar hadisələri Monteneqro mediasında DƏRC OLUNDU-FOTO

by admin
1 views

Azərbaycan-Monteneqro Mədəniyyət və İqtisadiyyat Mərkəzinin təşəbbüsü ilə Monteneqro mediasında 20 Yanvar faciəsindən bəhs edən “Azərbaycan azadlığın dəyərini bilir” başlıqlı məqalə yayımlanıb.

KAİM.az-ın məlumatına görə, Şirin Hüseynzadənin qələmə aldığı məqalədə bildirilib ki, 20 Yanvar faciəsinin törədilməsi Bakı sakinləri üçün gözlənilməz olub. “Axı heç kim gözləmirdi ki, yaşadıqları və uğrunda faşizmə qarşı vuruşduqları ölkə öz dinc sakinlərinə hücum edə bilər”.

Həmin mürəkkəb dönəmdə bütün təhlükələrə baxmayaraq, xalqımızın ümummilli lideri Heydər Əliyevin cəsarətli addım ataraq Moskvadakı daimi nümayəndəliyə gəldiyi, sərt etiraz səsini ucaltdığı, hadisələri insanlığa sığmayan təcavüz və cinayət adlandırdığı, bu məsələdə şəxsən M.Qorbaçovu və Azərbaycanın o zamankı qeyri-peşəkar rəhbərliyini ittiham etdiyi, qoşunların Azərbaycanı dərhal tərk etməsi tələbini irəsi sürdüyü yada salınıb.

20 Yanvar hadisəsinə gətirib çıxaran səbəb və məqsədlər barədə müfəssəl məlumat verən müəllif qeyd edib ki, həmin gün xalqımızın müstəqillik və azadlıq uğrunda mübarizəsinin rəmzinə çevrilib, Vətən müharibəsindəki Qələbəmiz isə müstəqilliyin dəyərini bilməyimizi bir daha təsdiqləyir.

Bu yazılara da göz atın...