Home CƏMİYYƏT ADAU-da Ukraynanın infrastruktur naziri ilə görüş keçirilib

ADAU-da Ukraynanın infrastruktur naziri ilə görüş keçirilib

by admin
1 views

Ukraynanın infrastruktur naziri Vladislav Krikliyanın rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qonaqlara təhsil müəssisəsinin maddi-texniki bazası, beynəlxalq əlaqələri, ikili diplom proqramları barədə ətraflı məlumat verib.

Nazir Vladislav Krikliya ADAU barədə təəsüratlarının müsbət olduğunu, Odessa Dövlət Aqrar Universiteti ilə başlayacaq əməkdaşlığın da gələcək əlaqələrin inkişafına böyük səmərə verəcəyini bildirib.

Görüşə onlayn formatda qoşulan Odessa Dövlət Aqrar Universitetinin rektoru, baytarlıq elmləri doktoru, professor Mixayıl Broşkov təhsil müəssissələri arasında əməkdaşlıq imkanlar barəsində məlumat verib,

ADAU ilə yaxın əlaqələr qurmaqda maraqlı olduqlarını bildirib. Görüşdə nazir Vladislav Krikliyanın iştirakı ilə ADAU ilə ODAU mütəxəssis, müəllim və tələbə mübadiləsi, qarşılıqlı dərsliklərin yazılması, ixtisaslaşmış şuraların yaradılması barəsində əməkdaşlıq memorandumu imzalanıb.

KAİM.az

Bu yazılara da göz atın...