Home CƏMİYYƏT Ailəsinin qürur mənbəyi olan qazimiz: “Mərmi yanımda partladı, eşitmə qabiliyyətimi itirdim” – VİDEOREPORTAJ

Ailəsinin qürur mənbəyi olan qazimiz: “Mərmi yanımda partladı, eşitmə qabiliyyətimi itirdim” – VİDEOREPORTAJ

by admin
23 views

Övladları ilə xəstəxanada görüşür qazi Şəmistan Məhərrəmov. Qazimiz Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə yaralanıb. Nitqi tutulub. Həkimlərin səyi nəticəsində danışığı bərpa olunub. Sağ qulağında isə hələ də problemlər var.

Qazi Şəmistan Məhərrəmov Zəngilan rayonu Ağalı kənd sakinidir. Məcburi köçkün kimi Sumqayıtda məskunlaşıb. Amma o, artıq məcburi köçkün deyil. Yenidən hərbi xidmətə qayıdacağı günü səbrsizliklə gözləyir.

Ailənin başçısı İsgəndər Məhərrəmov isə övladını Vətən üçün böyütdüyünü bildirir. Şəhidlərimizin ruhu qarşısında baş əyən ata ordumuzun rəşadətindən qürur hissi keçirdiyini deyir.

İgid qazimizin anası Tükəzban Mahmudova oğlunu “Rahat get, gözün arxada qalmasın. Vətən səni çağırır” deyərək yola salıb.

Qazilərimiz bu gün hər kəsin qürur yeridir. Valideynləri, qohum-əqrəbası kimi dostları da onunla fəxr edir.

Qeyd edək ki, qazimizin iki qız övladı var.

Daha ətraflı Baku TV-nin hazırladığı videosüjetdə:

yenilider.info

Bu yazılara da göz atın...