Home CƏMİYYƏT “Aqrar sahədə qadınların iqtisadi güclərinin artırılması” LAYİHƏSİ KEÇİRİLDİ-ONLAYN TƏQDİMAT

“Aqrar sahədə qadınların iqtisadi güclərinin artırılması” LAYİHƏSİ KEÇİRİLDİ-ONLAYN TƏQDİMAT

by admin
10 views

5 fevral tarixində, “Aqrar sahədə qadınların iqtisadi güclərinin artırılması”  layihəsinin yeni mərhələsinin başlamasına dair “Qadınların iştirakı ilə icmaların inkişafı” mövzusunda virtual konfrans keçirilib.

KAİM.az-a Kənd Təsərrüfatı nazirliyindən verilən xəbərə görə, açılış hissədə FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak  və Kənd Təsərrüfatı Nazirliyi Aqro Kredit və İnkişaf Agentliyi sədrinin müavini Leyla Məmmədova hökumət, vətəndaş cəmiyyəti, özəl sektor və digər sahələrədən iştirakçıları salamlayaraq layihənin kənd təsərrüfatının davamlı inkişafındakı rolunu və fəal iştiraklarına görə qadın fermerlərin rolunun vacibliyi vurğuladılar. Qeyd edək ki, bu gün qadın fermerlər kənd təsərrüfatındakı məşğulluğun təxminən 50%-ini təşkil edir.

FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak layihənin töhfələrdən danışarkən qeyd edib: “Layihənin məqsədi aqrar sahədə çalışan qadınların iqtisadi potensialını artırmaqla ölkədə yoxsuluğun aradan qaldırılmasına, və sosial bərabərliyi təmin olunmasına töhfəni verməkdir. Bütün qadın sahibkarların 32%-nin kənd təsərüffatı, meşə təsərrüfatı və balıqçılıqla məşğul olduğunu nəzərə alsaq, kənd yerlərində işləyən qadınların imkanlarının genişlənməsi üçün böyük potensial vardır. FAO olaraq bu layihə çərçivəsində aqrar sahədə çalışan qadınların məlumatlara, biliyə, kredit resurslarına, emal vasitələrinə və bazara çıxış imkanlarına dəstək verəcəyik. Qadınların rolunun tanınması üçün birgə çalışacayıq.”

Kənd Təsərrüfatı Nazirliyi Aqro Kredit və İnkişaf Agentliyi sədrinin müavini Leyla Məmmədova öz tərəfindən kənd yerlərində çalışan qadınların rolundan danışıb: “Zəhmətkeş xanımlarımızın ölkə iqtisadiyatına və xüsusilə kənd təsərrüfatınıninkişafında rolu böyükdür. Qadınlarının hüquqlarının qorunması onların iqtisadi müstəqilliyi ilə birbaşa bağlıdır. Bu səbəbdən qadın sahibkarlığının inkişafı böyük əhəmiyyət kəsb edir və olduqca aktual mövzudur. Bugünki tədbirdə iştirak edən hər bir zəhmətkeş xanımın uğuru digər xanımların daha güclü olmasına səbəb olacaq və ümid edirəm ki, bu layihədən ilhamlanaraq nəticədə bir neçə uğurlu qadın sahibkarları görə bilərik.”

Tədbir zamanı iştirakçılar uğurlu təsərrüfat sahələri yaradılması istiqamətində fermer qadınların genderə əsaslanan qazanc fərqləri, iş imkanlarına və sosial xidmətlərə çıxışı zamanı yaranan bir sıra çətinliklər, habelə maliyyə bazarlarına çıxış imkanlarının məhdudluğu, məhsulların tanıdılması imkanlarının olmaması kimi məsələlərə toxundular.

Tədbirdə layihənin təşkilatçı tərəfləri, qadınların səlahiyyətləndirilməsi və sahibkarlığın inkişafı ilə məşğul olan rəsmilər, qeyri-hökumət təşkilatları, özəl şirkətlərdən nümayəndələr və 20 bölgədən qadın fermerlər iştirak edib.

Balakən, Qax və İsmayıllı bölgələrindən əkinçilik və təsərrüfatla məşğul olan üç fermer qadın, digər kənd qadınlarını sosial və iqtisadi vəziyyətlərini yaxşılaşdırmağa ruhlandırmaq üçün öz təcrübələrini və uğur hekayələrini iştirakçılarla bölüşdülər.

FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirilən bu layihə kənd qadınlarının səlahiyyətləndirilməsi yolu ilə qida təhlükəsizliyinə, inklüziv sosial inkişafa və dayanıqlı yaşam tərzinə nail olmağı hədəfləyir.

Layihənin əsas məqsədi kənd qadınlarına innovativ texnologiyalar və bazara çıxış sahələrində texniki bilik və bacarıqlarını artırmaqda dəstək vermək, eyni zamanda iqtisadi imkanlara bərabər çıxışı əldə etmək, həmçinin kiçik təsərrüfat sahələrini inkişaf etdirərək ərzaq təhlükəsizliyini yaxşılaşdırmaqdır. Layihə gender bərabərliyi ilə kənd təsərrüfatı arasındakı əlaqələrin yaxşılaşdırması üzrə aqrar sahədə qadınların məşğulluğunun artırılması və sosial-iqtisadi rifahının yaxşılaşdırılması üçün Azərbaycanda kənd təsərrüfatı sahəsində mövcud olan qurumlarla birgə çalışmağı hədəfləyir.

Bu yazılara da göz atın...