Home CƏMİYYƏT Azərbaycan bəstəkarı Cövdət Hacıyevin şərəfinə Floridada musiqi müsabiqəsi KEÇİRİLDİ-ƏTRAFLI

Azərbaycan bəstəkarı Cövdət Hacıyevin şərəfinə Floridada musiqi müsabiqəsi KEÇİRİLDİ-ƏTRAFLI

by admin
1 views

VI “Florida Keys” beynəlxalq musiqi müsabiqəsi açıq elan olunub

KAİM.az xəbər verir ki. Azərbaycanın görkəmli bəstəkarı Cövdət Hacıyevin şərəfinə keçirilən VI “Florida Keys” beynəlxalq musiqi müsabiqəsi onlayn formatda açıq elan olunub.

ABŞ-ın Florida ştatının Aventura şəhərində təşkil olunan müsabiqədə iştirak etmək üçün yanvarın 23-dən iyunun 12-dək müraciət etmək mümkündür. Müsabiqənin şərtlərinə əsasən, 5-35 yaş həddində olan musiqiçilər ifa etdikləri əsərləri onlayn formatda təşkilatçılara təqdim etməlidirlər. Müxtəlif nominasiyalar üzrə qalibləri məşhur ifaçılar və müəllimlərdən ibarət münsiflər heyəti müəyyənləşdirəcək. Sonda qaliblərə mükafatlar veriləcək.

Müsabiqənin təşkilatçısı – bəstəkarın qızı, Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası nəzdində təhsil və mədəniyyət komitəsinin sədri Pərvin Muradovadır. Müsabiqənin məqsədi dünyanın hər yerindən istedadlı pianoçuların üzə çıxarılması, Azərbaycanın zəngin musiqi mədəniyyətinin təbliğ edilməsidir.

Bu yazılara da göz atın...