Home CƏMİYYƏT Azərbaycan Diasporuna Dəstək Fondu TƏLİMLƏRƏ BAŞLADI-ƏTRAFLI

Azərbaycan Diasporuna Dəstək Fondu TƏLİMLƏRƏ BAŞLADI-ƏTRAFLI

by admin
3 views

2 Fevral- Gənclər Günü münasibətilə Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və “ZADE-AI&ROBOTICS”-in təşkilatçılığı ilə yüksək texnologiyalar və rəqəmsal marketinq təlimlərinə start verilir.

KAİM.az xəbər verir ki. layihə çərçivəsində neyro marketing&branding (brendləşmə), startup management (startapların idarə edilməsi), python (data növləri ilə işləmə), machine learning (maşın öyrənmə) və süni intellekt sahələri üzrə təlimlər keçiriləcəkdir.

2 aylıq təlim müddətini uğurla tamamlayan iştirakçılara təşkilatçılar tərəfindən sertifikatlar təqdim ediləcəkdir. Qeyd edək ki, Azərbaycan diaspor nümayəndələrinin təlimlərdə iştirakı ödənişsiz təmin ediləcəkdir.

Təlimlərin məqsədi xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi islahatlar prosesinə yaxından cəlb edilməsi, gənclərin müəlliflik etdiyi startap layihələrinin, onların intellektual və yaradıcı potensialının, biznes ideyalarının dəstəklənməsidir.

Bu yazılara da göz atın...