Home CƏMİYYƏT Borçalı mahalının sönən İŞIĞI MÜSLÜM RÜSTƏMOV-RUHUN ŞAD OLSUN!

Borçalı mahalının sönən İŞIĞI MÜSLÜM RÜSTƏMOV-RUHUN ŞAD OLSUN!

by admin
55 views

Azərbaycanın elə  bir qarış torpağı yoxdur ki, ora da igid, cəsur, xeyirxah, humanist bir insan yetişməsin. Eləcə də, Borçalı mahalı vətənə, millətə xeyirli şəxslər, ziyalılar yetişdirib. Allah verən ömrü şərəflə başa vurmaq, son nəfəsindən sonra da kiminsə xoş xatirəsində, qəlbinin əziz köşəsində “nəfəs almaq” hər Adəm  övladının ən böyük arzusudur. Gərək onu elə yaşayasan ki, sonradan keçən hər mənasız gün üçün təəssüf hissi keçirməyəsən. Gözəl əməllərə tapınıb zamanın nəbzini tuta bilən insan isə sağlığında heykəlləşir, yaxın və uzaq ətrafının məhəbbətini qazanır. Bu məhəbbətin işığı onların çöhrəsinə hopur, qəlblərdə yuva salır.

Belə insanlardan biridə Müslüm Əli oğlu Rüstəmovdur. Müslüm Rüstəmov 1956-ci il martın 6-da Borçalı mahalının Qaçağan kəndində anadan olub.

Çox uşaqlı ailədə dünyaya göz açıb və ailənin 4 cü övladı olub. Ailə içindən gələn böyük-kiçik hörməti, qabiliyyətli səmimi davranışı Müslüm kişinin həyatı boyu əsas davranış xarakteri olmuşdur.

1963-1973 cü illərdə Qaçağan kəndi 1 saylı orta məktəbdə təhsil alıb. Savadı və məsuliyyəti ilə bir şox müəlliminin xüsusi istəyinidə qazanıb.

1974-1976 ci illərdə Monqolustanda hərbi xidmətdə olub.

1980 ci ildə Xəlilova Şəhla Bayram qızı ailə qurub, 3 qız 1 oğul övladı var. Övladları ali təhsillidir, ailə qurublar ve 5 nəvəsi var.

Uzun müddət Bakıda və Qaçağan kəndində ticarətlə məşğul olub. Müslüm kişi mehriban, qayğıkeş, övladları və nəvələrinə qarşı son dərəcə həssas, bir o qədər də ciddi həyat yoldaşı, əsl ailə başçısı olub. Borçalı mahalının, eləcə də, elin, obanın xeyir-şərində yaxından iştirak edib, əlindən gələn köməkliyi əsirgəməyib.  El- obasında böyükdən kiçiyə hamı ona hörmət edib, ehtiram göstərib.

2007-ci ildən ailəsi ilə birgə Bakıda yaşayıb.

2020-ci il noyabrın 25-i vəfat edib.

Ölümü ailəsi başda olmaqla bütün sevənlərini, uzaqdan tanıyan şəxsləri belə dərindən sarsıtmışdır. Fələyin acınacaqlı oyunu ilə barışmaqdan başqa çarə yoxdur. Müslüm Rüstəmovun əziz xatirəsi onu sevənlərin qəlbində əbədi yaşayacaqdır.

Allah rəhmət eləsin.
Ruhu şad, məkanı cənnət olsun. Amin!

Fərman BORÇALI

Bu yazılara da göz atın...