Home CƏMİYYƏT “Bu vaksin peyvəndin hazırlanması zamanı sınaq dövründə İSTİFADƏ EDİLİR”-Şübhələri artıran AÇIQLAMA

“Bu vaksin peyvəndin hazırlanması zamanı sınaq dövründə İSTİFADƏ EDİLİR”-Şübhələri artıran AÇIQLAMA

by admin
3 views

“TƏBİB-in verdiyi məlumatın məzmunu yanlışdır və bu məsələyə dair şübhələr üçün əsas yaradır”.

KAİM.az xəbər verir ki, ötən gün səhiyyə naziri Oqtay Şirəliyev COVID-19 əleyhinə peyvənd olunub. Nazirlə yanaşı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (TƏBİB) İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in sədri sədri Ramin Bayramlı, səhiyyə nazirinin müavini Viktor Qasımov və TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva da koronavirusa qarşı peyvənd vurdurublar.

Qeyd olunan məmurlara vaksin vurulması isə cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəziləri adları çəkilən şəxslərə vaksin yox, adi vitamin vurulduğunu iddia edirlər. TƏBİB bu vəziyyəti nəzərə alaraq öz növbəsində bəyan edib ki, Ramin Bayramlı və Oqtay Şirəliyevə vurulan vaksin kütləvi istifadə üçün deyil, sadəcə, klinik araşdırmalar üçün nəzərdə tutulub.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən tibb eksperti Rasif Bağırov bildirib ki, TƏBİB-in vaksinayası ilə bağlı sərgilədiyi mövqe cəmiyyətdə əsaslı şübhə doğurur:

“TƏBİB-in mövqeyi bu məsələyə dair şübhələr üçün əsas yaradır. Digər tərəfdən, kliniki araşdırmalar üçün nəzərdə tutulan vaksin peyvəndin hazırlanması zamanı sınaq dövründə istifadə edilir. Bunun tətbiqi isə şübhəlidir. Ola bilər ki, TƏBİB-in verdiyi məlumatın məzmunu yanlışdır”.

Bu yazılara da göz atın...