Home CƏMİYYƏT Deputatdan sayğaclarla bağlı AÇIQLAMA: “Mənə çoxsaylı MÜRACİƏTLƏR OLUR”

Deputatdan sayğaclarla bağlı AÇIQLAMA: “Mənə çoxsaylı MÜRACİƏTLƏR OLUR”

by admin
1 views
“Son vaxtlar ictimaiyyət arasında və sosial şəbəkələrdə qaz sayğacları ilə əlaqədar çox söhbətlər gedir. Bir deputat kimi bu məsələ ilə bağlı mənə də  çoxsaylı müraciətlər olur və məsələ mənim özüm üçün maraqlı olduğundan “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinə sorğu ilə müraciət etdim. Sorğum operativ cavablandırıldı və gündəmdə olan məsələlərə tam aydınlıq gətirildi”.
KAİM.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında Millət vəkili Rüfət Quliyev deyib. O, bildirib ki, ilk növbədə aydınlaşdırıldı ki, mövcud qaydalara görə qaz sayğacları hər 5 ildən bir açılıb yoxlanılır, zərurət olduqda isə dəyişdirilir:
“Burada şübhəli heç nə yoxdur. Məlum olduğu kimi, hazırda istismarda mexaniki və smart qaz sayğaclarıdır. Bu ildən “Azəriqaz” İB sayğacların dəyişdirilməsində yeniliyə imza atıb. Pulsuz dəyişdirilən sayğacların dəyişdirilməsi zamanı abonentə ixtiyar verilir ki, istəyinə uyğun ya mexaniki-elektron, ya da smart-kart tipli sayğac seçsin. Bunun istehsalçı üçün heç bir fərqi yoxdur. Mexaniki-elektron tipli sayğacların artıq qaz sərfiyyatı yazması şayiələrdən başqa bir şey deyil.
Cavabda o da qeyd olunur ki, postsovet ölkələrində Türkiyə istehsalı olan mexaniki-elektron tipli qaz sayğaclarından istifadəyə üstünlük verilir. Bu sayğaclardan istifadə zamanı nəzarətçi-abonent təması aradan qalxır ki, bu da neqativ halları aradan qaldırır. Bütün bunlara baxmayaraq, artıq söz-söhbətləri aradan qaldırmaqdan ötrü İstehsalat Birliyinin Metrologiya Departamentində hər həftənin II və IV günləri saat 14-dən 17-yə kimi abonentin özünün, aidiyyəti mütəxəssislərin iştirakı ilə “Açıq qapı” günləri keçirilir ki, burada da mexaniki sayğacların qaz sərfiyyatı vizual şəkildə yoxlanılır. Aparılan yoxlamar sayğacların qüsursuz işləməsini sübuta yetirib.
Bütün bunlar göstərir ki, “Azəriqaz” zamanla ayaqlaşmağa çalışır və yeni texnogiyalardan uğurla istifadə edir.
Bir deputat kimi sorğumun cavabları qəneedicidir və hesab edirəm ki, bu qurum bundan sonra da əhalinin tələblərinə cavab vermək üçün öz səylərini daha da artıracaq.
Əgər bu qurum ətrafında xoşagəlməz söz-söhbətlər yenə də davam edərsə, bunların qarşısının alınması, əhaliyə əsl həqiqəti çatdırmaq üçün biz deputatlar əlimizdən gələni etməyə hazırıq ki, dezinformasiyalar ayaq tutub yeriməsin. Şəxsən mən özüm, köməkçilərim bu sahədə meydana gələn biləcək hər hansı anlaşılmazlığın çözülməsində köməkliyimizi göstərməyə hazırıq. Bu, belə də olmalıdır”.

Bu yazılara da göz atın...