Home CƏMİYYƏT Gömrükçülər külli miqdarda pirotexniki vasitələr aşkarlayıb – VİDEO

Gömrükçülər külli miqdarda pirotexniki vasitələr aşkarlayıb – VİDEO

by admin
18 views

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında külli miqdarda pirotexniki vasitənin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə şabalıd yükü gətirən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Renault” markalı, 90 UN 576 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi saxlanılıb və sürücü şifahi sorğu-sual edilib. Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin yük yerində olan şabalıd yükünün içərisində müxtəlif markalı pirotexniki vasitələr – 264228 ədəd petarda və 4281 ədəd fişəng aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

yenilider.info

Bu yazılara da göz atın...