Home CƏMİYYƏT İşini uğurları ilə sübut etmək istəyən şəxslərin İDEALI-RAFİQ XUDAYEV

İşini uğurları ilə sübut etmək istəyən şəxslərin İDEALI-RAFİQ XUDAYEV

by admin
2 views

Gələcəyini möhkəm zəmin üzərində qurmaq, ali təhsil fürsətindən peşəkar səviyyədə istifadə edib, təcrübəsini zənginləşdirmək və həmin təcrübədən çoxşaxəli layihələrdə istifadə edə bilmək özünü dərk edən hər bir şəxsin başlıca amalıdır. Həyatın verdiyi şansları layiqincə və zamanında istifadə etmək, hətta daha irəli gedib həyatın vermək istəmədiyi şansı ondan zorla qoparıb almaq əziyyətin, həvəsin, qabiliyyətin, aktiv fəaliyyətin xüsusi göstəriciləridir.

Nikbin baxışı, cəsarətli addımları və həvəsdən düşməyən daxili təbiəti ilə saysız-hesabsız uğurlara imza atan nadir şəxslərdən biri də Xudayev Rafiqdir.

Xudayev Rafiq 20 fevral 1978-ci ildə Borçalı mahalında anadan olmuşdur.

1994-1998-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-Kredit Fakültəsini bitirərək maliyyəçi ixtisası tələbəsi olmuş Xudayev Rafiq, 2015-2017-ci illərdə Ukraynanın Kiyev şəhərində Personalın İdarə olunması üzrə Beynəlxalq Akademiyanın maliyyə fakültəsində maliyyəçi ixtisası üzrə magistr təhsili almışdır.

2000-ci ildən bəri Ədliyyə Nazirliyinin müxtəlif qurumlarında mühasib, baş mühasib və Maliyyə şöbəsinin rəisi vəzifəsində çalışan Xudayev Rafiq hazırda bu nazirliyin polkovnik-leytenantı rütbəsindədi.

2005-ci ildən Qlobal Fondun Azərbaycanda həyata keçirdiyi HİV/QİÇS və Vərəm Beynəlxalq layihələrində, maliyyə və satınalma üzrə mütəxəssis və işçi qrupunun üzvü kimi aktiv fəaliyyət göstərməsi həyat yolunda qazandığı önəmli uğurlardan biridir.

2010-2011 ci illərdə İsveçrənin Cenevrə şəhərində təsis edilmiş “Vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fond”un Şərqi Avropa və Mərkəzi Asiyada olan əsas Resipient nümayəndələri üçün maliyyə və satınalma üzrə təlim kurslarında iştirak etmişdir. 2011-ci ildə isə İtaliyanın Turin şəhərində Beynəlxalq Əmək Təşkilatının (OON) Beynəlxalq Treninq Mərkəzində maliyyə hesabatlarının Beynəlxalq Standartları, maliyyə və satınalmaların idarə olunması mövzusunda treninqdə aktivlik göstərmişdir.

2014-cü ildə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinə texniki yardım göstərən “Alyans Regional Mərkəzi” tərəfindən Kiyev şəhərində tibbi məhsulların satınalma prosesinin və təchizatı sisteminin idarə edilməsinin əsas prinsipləri və qabaqcıl təşəbbüsləri mövzusunda təlim kursuna qatılmışdır.

Bununla yanaşı, Azərbaycan Respublikasının Əməkdar Məşqçisi və Əməkdar İdman ustasıdır. Kung-fu idman növü üzrə 3 qat Dünya Çempionudur. “Sarvan” Kik-boksinq və Kung-fu Klublarının prezidentidir.

20 il ərzində idmanın Kunq-fu, Uşu, Kik-boksinq və boks növləri üzrə, Respublika, Avropa və Dünya Çempionları yetişdirib.

Əzm və yenilməz təşəbbüskarlığı sayəsində keçdiyi çətin sınaqlar onun üçün mükəmməl bir təcrübə və qürur mənbəyindən başqa bir şey deyil.

Rafiq Xudayevə çətin və məşəqqətli iş fəaliyyətində uğurlar arzu edirik.

Fərman Borçalı

Bu yazılara da göz atın...