Home CƏMİYYƏT Koronavirusa ikinci dəfə yoluxma daha təhlükəli ola bilər – VİDEO

Koronavirusa ikinci dəfə yoluxma daha təhlükəli ola bilər – VİDEO

by admin
5 views

Koronavirusa yoluxub, sağalanlar yenidən bu bəlaya düçar ola bilərlər. 

Mütəxəssislər deyirlər ki, tibbdə bir insanın ikinci dəfə virusa yoluxma hallarına rast gəlinir. Bu hallar isə insanların “mən bu xəstəliyi keçirmişəm bir də yoluxmaram” düşüncəsini alt-üst edir.

Professor Adil Qeybulla Baku Tv-yə müsahibəsində bildirib ki, təkrar yoluxma mümkündür, hətta xəstəlik birinci dəfədən daha ağır formada keçə bilər.

A.Qeybullanın sözlərinə görə, koronavirusa qarşı əsas təbii müdafiə insanın öz immunitetidir.

“İlk yoluxmadan sonra bədən özü ilə COVID-19 arasındakı baryeri gücləndirə bilər, lakin bu həmişə belə olmur. Xəstələnmiş insanlar diqqətli olmalı və digərləri kimi təhlükəsizlik qaydalarına riayət etməlidirlər”.

yenilider.info

Bu yazılara da göz atın...