Home CƏMİYYƏT “MilliÖn”dən şikayətlər

“MilliÖn”dən şikayətlər

by admin
17 views

“MilliÖn” aparatlarından gələn şikayətlərin ardı-arası kəsilmir. Bu cihazlar insanların müxtəlif məbləğdə pullarını “yeyir”, amma ödənişi həyata keçirmir. Porblem nəticəsində insanların pulları hədər gedir. Məbləğ isə ödənişə görə dəyişir. Bəzi vətəndaşların 1, bəzilərinin isə 100 manatı aparatda qalır. Çek vasitəsilə, rəhbərliyə müraciət edib pulun bərpa edilməsinin mümkün olduğu söylənilir. Lakin bununla da hər zaman problemin həllinə nail olmaq olmur. O zaman sual yaranır: Vətəndaş pulu necə geri qaytarsın?

Gəlin, “O olmasın, bu olsun” filmindəki məşhur ifadədən sitat gətirib soruşaq :

“ Ay MilliÖn”, bəs bizim bir abbasımız hara getdi?”

Məlum məsələni “Sherg.az”a dəyərləndirən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov söyləyib ki, yaxın zamanda həmin hadisə onun da başına gəlib:

“40 manata yaxın pulum itdi. Onlar mexanizm yaradıblar, ora müraciət edərək pulu qaytarmağın mümkün olduğunu deyirlər. Təəssüf ki, belə hallar var, istehlakçı hüquqları pozulur.

Pul itkisi baş verir. Görünür, sistemdə mükəmməllik yoxdur.
Eyni zamanda xidmətdən istifadə edən istehlakçılar qəbzi mütləq götürməlidirlər. Bəzən aparatın kağız ehtiyatı olmur, qəbz də vermirlər.

Problem də bundadır. Qəbzi götürməyən istehlakçılar da var.
Bəzi aparatlarda isə kağız rulonu ya qəsdən, ya da başqa səbəbdən dəyişdirilmir. Bunun özü də bir pozuntudur”.

yenilider.info

Bu yazılara da göz atın...