Home banner Musa Qasımlı: “Pandemiya müddətində həkimlərlə yanaşı polisimiz də özünü bir daha ən yaxşı şəkildə təqdim etdi”

Musa Qasımlı: “Pandemiya müddətində həkimlərlə yanaşı polisimiz də özünü bir daha ən yaxşı şəkildə təqdim etdi”

by admin
1 views

Bütün dünyanı çənginə alan   koronavirus infeksiyası Azərbaycanda yayılan gündən Azərbaycan polisi həkimlərimizlə bərabər gecə-gündüz  gücləndilimiş rejimdə xidmət edir. Son zamanlar Azərbaycanda koronavirusa yoluxanların ümumi sayı xeyli azalıb.

Koronavirusla mübarizədə uğurlu nəticələr əldə etməyimizdə polisin rolu haqda münasibət öyrənmək üçün millət vəkili Musa Qasımlıya müraciət etdik.

Musa Qasımlı bildirdi ki, koronavirus pandemiyasının yaratdığı şərait hər bir ölkə və xalq üçün ağır sınaq oldu: “İlk gündən cənab Prezidentimiz İlham Əliyev bildirdi ki, ən vacib olan məsələ Azərbaycan Respublikası vətəndaşının sağlamlığının qorunmasıdır.

Ona görə də dövlət pandemiyanın doğurduğu yükü, bütün maliyyə işlərini öz üzərinə götürdü. Pandemiya müddətində həkimlərlə yanaşı polisimiz də özünü bir daha ən yaxşı şəkildə təqdim etdi. Polisin gecə-gündüz yağışın, qarın və qızmar istinin altında fədakar fəaliyyəti pandemiyanın nəticələrinin daha ağır olmasının qarşısının alınmasına təsir edən amillərdən biri oldu.

Bütün gərginliklərə baxmayaraq, həm vəzifə borcunu ciddiyyətlə, layiqincə yerinə yetirməsi, həm də vətəndaşlarla nəzakətlə davranması ilə polisimiz ona olan rəğbəti və etimadı daha da artırdı”. (Bolgexeber)

Bu yazılara da göz atın...