Home CƏMİYYƏT Prezidenti sənədi imzaladı: Bu məmulatlar 3 il ƏDV-dən AZAD EDİLDİ

Prezidenti sənədi imzaladı: Bu məmulatlar 3 il ƏDV-dən AZAD EDİLDİ

by admin
8 views

Qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı 2021-ci il yanvarın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilib.

KAİM.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiq edilən Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Eyni zamanda külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışı da ƏDV-dən azad olunub.

 

Bu yazılara da göz atın...