Home banner Qarabağ qaziləri Prezidentə müraciət ediblər – Ruslan Məmmədova köməklik edin

Qarabağ qaziləri Prezidentə müraciət ediblər – Ruslan Məmmədova köməklik edin

by admin
16 views

2 – ci Vətən müharibəsinin bir qrub iştirakçısı, Qarabağ qaziləri Prezident İlham Əliyevə müraciət ediblər. Onlar hazırda məhkumluq həyatı yaşayan və keçmiş MTN rəhbərliyinin qanunsuz ittihamları ilə həbs olunmuş Ruslan Tahir oğlu Məmmədovun həbs müddətinin üçdən iki hissəsi tamam olduğuna və bu müddətdən bir neçə ay keçdiyinə görə, onun cəzasının digər cəza rejimi ilə dəyişdirilməsinə yardımçı olmağını xahiş ediblər.

Masalı rayonunda yaşayan Qarabağ qaziləri – Məmmədov Vüsal Telman oğlu, Salmanzadə Hikmət Natiq oğlu, Hüseynzadə Əbülfəz Mirzə oğlu, İsgəndərzadə Kənan Qivami oğlu müraciətlərində qeyd edirlər: “Hörmətli Cənab Ali Basş Komandan, cənab Prezident. Biz Qarabağ qaziləri, Sizin rəhbərliyinizlə Qarabağ savaşında əldə olunan qələbənin iştirakçıları olaraq həmişə əmrinizdə olduğumuzu bəyan edirik. Qazanılan uğurun memarı olan Sizi daim dəstəkləyir və hər zaman bir döyüşçü, bir vətəndaş olaraq Vətənə xidmət etməyə hazır olduğumuzu ifadə edirik.

Cənab Prezident. Sizə bu müraciəti ünvanlamaqda məqsədimiz, hazırda həbs – məhkum həyatı yaşayan qardaşımız, qohumumuz Ruslan Tahir oğlu Məmmədovun Cəzaların icrası məcəlləsinə uyğun olaraq cəza rejiminin dəyişdirilməsinə göstəriş verməyinizi xahiş etməkdir. Ruslan Məmmədov 2012 –ci il aprel ayının 6 –sında keçmiş MTN tərəfindən həbs olunmuşdu. Hazırda Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir. 11 il həbs cəzası alan Ruslan Məmmədov 9 ilə yaxındır ki, ailəsindən ayrı, azyaşlı övladına həstərdir. Evində ağır xəstəsi olan Ruslanın yaşlı valideyinləri də onun himayəsindədir. R. Məmmədov cəzasının üçdə iki hissəsini çoxdan tamamlayıb, lakin hələ də onun cəza rejiminin dəyişdirilməsi ilə bağlı qərar verilməyib. Ona görə, Sizdən, Ruslan Məmmədovun işini nəzarətə götürməyinizi və Cəzaların İcrası Məcəlləsinə uyğun olaraq cəsasının qalan hissəsinin Məntəqə Tipli Cəzaçəkmə müəssisələrinin birində çəkməsinə tapşırıq verməyinizi xahiş edirik. Sizə öncədən minnətdarlığımızı bildiririk”.

Biz də Qarabağ qazilərimizin müraciətinə qoşulur, Cənab Prezidentdən, cənab Ədliyyə nazirindən və Nazir müavini, Penitensiar Xidmətin rəisi cənab Ceyhun Həsənovdan Ruslan Məmmədovun ailəsinə qovuşmasına yardımçı olmalarını xahiş edirik.

Realliq.TV

Bu yazılara da göz atın...