Home CƏMİYYƏT TƏƏSSÜF: Azərbaycanda 12 yaşlı uşaq İNTİHAR ETDİ

TƏƏSSÜF: Azərbaycanda 12 yaşlı uşaq İNTİHAR ETDİ

by admin
7 views

Ucar rayonunda 12 yaşlı uşaq intihar edib.

KAİM.az xəbər verir ki, hadisə rayonun Küçəkənd kədində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü kənd sakini Eyyubov Kamal Ehtiram oğlu yaşadığı evin tövləsində özünü asıb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə aparılıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır. / “report”

Bu yazılara da göz atın...