Home CƏMİYYƏT TƏCİLİ: DİN bu məlumatı TƏKZİB ETDİ

TƏCİLİ: DİN bu məlumatı TƏKZİB ETDİ

by admin
1 views

Suraxanı Rayon Polis İdarəsində 30-dan çox vəzifəli şəxsin guya işdən çıxarılmasına dair bəzi elektron kütləvi informasiya vasitələrində yayımlanmış məlumatlar həqiqəti əks etdirmir.

DİN mətbuat xidmətindən KAİM.az-a verilən məlumatda bildirilir ki, cari ilin yanvar ayında həmin qurumda plan üzrə inspeksiya keçirilərək nəticələrinə əsasən qərar qəbul edilib. Qərara əsasən, xidməti fəaliyyətdə yol verdiyi nöqsanlara görə idarənin və onun tabeliyində olan bölmələrin bir neçə əməkdaşı tutduğu vəzifədən aşağı vəzifəyə keçirilmiş, bir qrup əməkdaşa digər  intizam tənbehləri verilmiş, daha bir qisminin xidmət yeri bərabər vəzifəyə dəyişdirilmişdir.

Qeyd edilməlidir ki, daxili işlər orqanlarında aparılan belə yoxlamaların məqsədi idarəetmənin təkmilləşdirilməsi, cinayətkarlığa qarşı mübarizə, asayişin və təhlükəsizliyin qorunması, insanların həyatının, sağlamlığının, qanuni mənafelərinin, mülkiyyətinin, hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətin yeni keyfiyyət səviyyəsinə yüksəldilməsidir. Eyni zamanda, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması, gələcəkdə təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi, əməkdaşların tapşırılmış sahəyə cavabdehliyinin və məsuliyyətinin daha da artırılmasıdır.

10 fevral 2021-ci il

Bu yazılara da göz atın...