Home CƏMİYYƏT Zərdabda 20 Yanvar şəhidlərinin ANIM MƏRASİMİ KEÇİRİLİB-FOTO

Zərdabda 20 Yanvar şəhidlərinin ANIM MƏRASİMİ KEÇİRİLİB-FOTO

by admin
6 views

Zərdab rayonunda 20 yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı rayonunun Şəhidlər Xiyabanında anım mərasimi keçirilib.

Ümumxalq hüzn günündə rayon İcra hakimiyyətinin başçısı Mərdan Camalov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

KAİM.az Qanunla.Az-a istinadən xəbər verir ki, anım mərasimində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə rayon İcra hakimiyyətinin başçısı və hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri əklil və gül dəstələri qoydular.

Vətənin azadlığı, suverenliyi və birliyi uğrunda canlarından keçmiş, günahsız qətlə yetirilən Azərbaycan oğullarının və qızlarının əziz xatirəsi böyük ehtiramla yad edildi.

Bu yazılara da göz atın...