Home DÜNYA Britaniyada ÜDM-in son 300 ildə ən böyük azalması gözlənilir

Britaniyada ÜDM-in son 300 ildə ən böyük azalması gözlənilir

by admin
5 views

Böyük Britaniya pandemiya səbəbilə son 300 ildə ən böyük ÜDM azalması ilə qarşılaşacaq.

Bu barədə TASS Böyük Britaniyanın maliyyə naziri Rişi Sunakın parlamentdəki çıxışına istinadən məlumat yayıb.

Britaniyalı nazir bildirib ki, 2020-ci ilin yekunlarına əsasən, krallığın ÜDM 11,3 faiz azalacaq, ancaq 2021-ci ildə ÜDM 5,5 faiz, 2022-ci ildə isə 6,6 faiz artacaq.

Ölkə iqtisadiyyatının böhrandan öncəki vəziyyətə yalnız 2022-ci ilin dördüncü rübünün əvvəlində qayıtması gozlənilir.

“Bununla iqtisadi zərər uzunmüddətli olacaq. Qarşılaşacağımız fəsadlar onu göstərir ki, 2025-ci ildə bizim ÜDM mart ayının büdcə layihəsində nəzərdə tutulandan təxminən üç faiz aşağı olacaq”, – deyə nazir bildirib.

yenilider.info

Bu yazılara da göz atın...