Home DÜNYA Çexiyada koronavirusla bağlı məhdudiyyətlər yumşaldılır

Çexiyada koronavirusla bağlı məhdudiyyətlər yumşaldılır

by admin
6 views

Çexiyada koronavirus pandemiyası ilə bağlı tətbiq edilən məhdudiyyətlər yumşaldılır.

Bu barədə “RİA Novosti” Çexiyanın Səhiyyə naziri Yan Blatnıya istinadən məlumat yayıb.

Belə ki, dekabrın 3-dən ölkədə oktyabrın əvvəlində bağlanmış bütün restoranlar, mağazalar, kafe və məişət xidmətləri fəaliyyətini bərpa edir. Sözügedən məkanlarda isə xüsusi müəyyən edilmiş sosial məsafə qaydaları tətbiq ediləcək.

Çexiya hökuməti qərarı ölkədəki epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar qəbul edib.

yenilider.info

Bu yazılara da göz atın...