Home banner Çin “vur” ƏMRİ VERDİ, Yaponiya hərəkətə KEÇDİ-Şərqi Çin dənizində NƏ BAŞ VERİR?

Çin “vur” ƏMRİ VERDİ, Yaponiya hərəkətə KEÇDİ-Şərqi Çin dənizində NƏ BAŞ VERİR?

by admin
21 views

Çin Sahil Mühafizə qruplarına ölkənin suverenliyini pozan ünsürləri vurmağa icazə verdikdən sonra Yaponiya hərəkətə keçib.

KAİM.az “Japan Times”-ə istinadən xəbər verir ki, adı açıqlanmayan Yaponiya Xarici İşlər Nazirliyi səlahiyyətlisi Çin qanunlarının beynəlxalq hüquqa əsaslanan nizama xələl gətirəcəyini qeyd edib.

Həmin şəxs Yaponiyanın Şərqi Çin dənizindəki Senkaku adalarında hərbi əməliyyatlara hazırlaşdığını bildirib.

Belə ki, Yaponiya Milli Təhlükəsizlik Şurası 29 yanvarda regional problemləri müzakirə etmək üçün toplanıb və Xarici İşlər Naziri Toshimitsu Motegi bir mətbuat konfransında “Çin beynəlxalq hüquqa zidd qanun tətbiq etməməlidir” deyə Çinə xəbərdarlıq edib.

Qeyd edək ki, Çində təsdiq olunan qanuna görə, Sahil Mühafizə qruplarına “dənizdəki xarici suverenlik və yurisdiksiyanın pozulduğu hallarda silah istifadəsi daxil olmaqla bütün lazımi tədbirləri görmək” səlahiyyəti verilib.

Bununla yanaşı,  Sahil Mühafizəçiləri adalarda inşa edilmiş resifləri, digər ölkə strukturlarını yıxmaq və Çinin ərazi sularına qanunsuz daxil olan xarici gəmiləri ələ keçirmək səlahiyyətini də əldə edib.

Kənan Bahadıroğlu

Bu yazılara da göz atın...