Home DÜNYA “Navalnı da ermənipərəstdir…”- “Kim gəlsə də, imperializm siyasəti davam edəcək…”

“Navalnı da ermənipərəstdir…”- “Kim gəlsə də, imperializm siyasəti davam edəcək…”

by admin
6 views
Rusiyada müxalif və demokratik(!)  lider hesab olunan Navalnının həbsi ilə bağlı etiraz aksiyalarından sonra yaranmış durum ictimaiyyətdə belə suallar da yaradır: Kremldəki  mümkün dəyişikliklərin  Azərbaycana, konkret Qarabağ məsələsinə təsiri və s. necə ola bilər? Axı Rusiya hazırda hərbi mənada legitim olaraq Azərbaycan torpağındadır…
Moderator.az əməkdaşının bu və digər suallarını cavablandıran İstanbul Universitetinin Beynəlxalq Münasibətlər üzrə doktorantı, beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı bu fikirləri ifadə edib:
“Bilirsiz, tarix şahiddir ki,  Rusiya dövləti yarandığından bu günə qədər bu ölkədə heç bir zaman demokratiya olmayıb və rus xalqı demokratik dəyərlərlə idarə olunmayıb. Yalnız Sovetlər dağıldıqdan sonra – 1991-1999-cu illər arası Rusiyada demokratik ideyalar hakim olub. Putin iqtidara gəldikdən sonra isə Rusiyada demokratik dəyərlər ortadan qalxıb və bu ölkənin demokratik imici mənfiyə doğru dəyişib. Umumiyyətlə, sual meydana çıxır: rus xalqı demokratiya istəyirmi?.
Gələlim “Rusiyada demokratik dəyişliklər olsa, Kremlin, Azərbaycan, konkret olaraq Qarabağla bağlı siyasətində dəyişikliklər ola bilərmi?” məsələsinə… Tarix göstərir ki, Çar Rusiyasi zamanında belə, demokratik imicli  rus siyasətçiləri  və dövlət xadımləri belə,  Azərbaycan xalqının müstəmləkə olması tərəfdarı olublar. Hətta Azərbaycan Xalq Cumhuriyyəti qurulduqdan sonra mühacirətdə  olan anti-bolşevik Rusiya siyasətçiləri də Azərbaycanın müstəqil dövlət olmasını istəmir, əleyhinə təbliğat aparırdılar…
Birinci Qarabağ müharibəsi gedərkən Rusiyada guya demokratik dəyərlərə sahib olan hökümət olub. Amma bu demokratik höküməti idarə edənlər də Ermənistana hər cür dəstək veriblər.  Ermənilər Qarabağı elə demokrat(!) Yeltsin zamanında, onun dəstəyi ilə işğal etməyib?.. Demokrat(!) Boris Yeltsin zamanında Rusiyanın liberal dəyərlərə sahib olan, Rusiyanın Avropaya inteqrasiya tərəfdarı olan  Xarici İşlər naziri olmuş Andrey Kozırev bizim dövlət adamlarmızla görüşündə bunu açıqça deyirdi. “Liberal dəyərlərə sahib Rusiyada liberal iqtisadiyyat olsun” deyən Yeqor Qaydar nazir olanda Ermənistana onun göstərişi ilə silah yardımı olunub və erməniləri fəlakətdən xilas edib… Bütün bunları niyə deyirəm? Məsələ ondadır ki, Rusiyada hakimiyyətə kim gəlir-gəlsin, istər Azərbaycanın suverenlik məsələsi, istər Qarabağ məsələsi ilə bağlı hər zaman Rusiyanın dövlət maraqlarının yeridilməsi və ən önəmlisi imperializm siyasəti davam edəcək…”
Beynəlxalq məsələlər üzrə analitik Navalnı və ya onun kimilərin Moskvada hakimiyyətə gələcəyi halda belə Kremlin Azərbaycana münasibətinin mahiyyətcə dəyişməyəcəyini bildirib.
“Qaldi konkret Navalnı və ya onun kimisini hakimiyyətə gələcəyi varianta,  bu halda da Rusiyanın Güney Qafqaz, Azərbaycan və ayrıca Qarabağla bağlı siyasətində mahiyyətcə hər hansı dəyişlik olmayacaq.  Digər tərəfdən, Navalnı rus milliyyətçisidir, Navalnı ermənipərəstdir. Navalnının Rusiyada hər hansı qalib gəlmək ehtimalı da, demək olar ki, çox  azdır…
Və təkrar edirəm: demokratiya umumi götürəndə hər bir dövlətin özünün seçimi olmalıdır və xalqlar özləri bunu istəməli, bunun uğrunda  mübarizə aparmalıdır.
Qarabağ məsələsinin tam həlli, yəni torpaqlarımızın tam azadlığı isə yalnız Azərbaycan xalqının birliyindən keçir. Əsas daxili və xarici problemlərimizi həll etməli və güclənməliyik. Və üçrəngli bayrağımızın altında yumruq kimi birləşərək Azərbaycanımızı hər cür imperiya ambisiyalı dövlətlərin təhdid və hücumlarından qorumalıyıq”- deyə  Teymur Qasımlı vurğulayıb.

Bu yazılara da göz atın...