Home DÜNYA Polis bölməsinə SİLAHLI BASQIN: Ölənlər və yaralılar var

Polis bölməsinə SİLAHLI BASQIN: Ölənlər və yaralılar var

by admin
3 views

Taliban döyüşçüləri Əfqanıstanın cənubunda yerləşən Zabul vilayətində polis bölmələrindən birinə hücum edərək üç polis əməkdaşını öldürüb, ikisini yaralayıb.

KAİM.az xəbər verir ki, bu barədə jurnalistlərə Zabul regional şurasının rəhbəri Ata Can Hakbayan bildirib. Onun sözlərinə görə, Talibançılar Qalat şəhərindəki polis mərkəzinə silahlı hücum ediblər. Hücumdan sonra atışma başlayıb və hər iki tərəf itki verib.

Taliban hərəkatı baş verənlərlə bağlı açıqlama yaymayıb.

Bu yazılara da göz atın...