Home DÜNYA Rusiyanın vasitəçiliyi ilə Əsəd İsraillə anlaşdı – İrana zərbə

Rusiyanın vasitəçiliyi ilə Əsəd İsraillə anlaşdı – İrana zərbə

by admin
10 views
1973-cü ildən bəri İsrail ilə qarşıdurma yaşayan Suriya rejiminin Deyrizor bölgəsinə edilən hava hücumlarında böyük itki verdikdən sonra bu ölkə ilə anlaşmaq məcburiyyətində qaldığı iddia olunur. 
Sfera.az xəbər verir ki, ərəb mediasında yer alan xəbərlərdə rejimin paytaxt Dəməşqdə Rusiyanın vasitəçiliyi ilə İsrail nümayəndə heyəti ilə gizli görüşünün baş tutduğu bildirilir.
Gizli toplantıda İranın Suriyadakı fəaliyyətlərinin müzakirə edildiyi və hava hücumlarının dayandırılması qarşılığında ölkədəki İran hərbi qüvvələrinin çıxarılması tələbinin gündəmə gətirildiyi iddia olunur.
Əl Arabiya TV-də öz əksini tapan iddiaya görə, Şam rəhbərliyi ilə İsrail arasında İranla bağlı “hərtərəfli görüş” keçirilib. Yayılan məlumatlara görə, İsrail və Suriya rəsmiləri keçən ay Lazkiye şəhərindəki Rusiyanın “Hmeymim” hava bazasında görüşüblər. Rusiyanın vasitəçiliyi ilə keçirilən iclasın əsas gündəm maddəsi İran qüvvələrinin Suriyadan çıxarılması olub. Görüşə Suriyadakı Rusiya Hava Qüvvələri Komandiri Aleksandr Yuryeviç Çaykonun sədrlik etdiyi də iddialar arasındadır.
İsrail tərəfinin rejim nümayəndə heyətinə, İranın və milislərinin ölkəni tərk etməsi qarşılığında Suriyanın Ərəb Birliyinə dönməsini asanlaşdırması, İrana borclarını ödəmək üçün Dəməşqə maddi yardım göstərməsi və qərb sanksiyalarının qaldırılmasını dəstəkləməsi iddia edildi.

Bu yazılara da göz atın...