Home DÜNYA Terrorçuların tərəfdarı Rusiyadan qaçmaq istəyərkən ələ keçdi – VİDEO

Terrorçuların tərəfdarı Rusiyadan qaçmaq istəyərkən ələ keçdi – VİDEO

by admin
90 views

Rusiya Federal Təhlükəsizlik Xidməti “Katiba Tohid vəl-Cihad” terror təşkilatının tərəfdarlarının saxlanılması barədə video paylaşıb.

Bu barədə “360” “Telegram” kanalı xəbər yayıb.

Onlardan biri elə təyyarədə ələ keçib. O, silahlı qruplaşmaya qoşulmaq üçün Rusiyanı tərk etməyə hazırlaşırmış.

Digərləri yaşayış və iş yerlərində saxlanılıblar.

Saxlanılanların ümumi sayı açıqlanmayıb. Təkcə o məlumdur ki, onlar Orta Asiyadandırlar.

Onlar barəsində cinayət işi açılıb.

yenilider.info

Bu yazılara da göz atın...