Home DÜNYA Ukraynadan KRİTİK ADDIM – Rusiya Donbasa zirehli texnika YIĞIR

Ukraynadan KRİTİK ADDIM – Rusiya Donbasa zirehli texnika YIĞIR

by admin
1 views

Ukrayna Rusiya ilə turizm sahəsində əməkdaşlıq müqaviləsindən çıxdığını açıqlayıb.

KAİM.az xəbər verir ki, bu barədə Ukraynanın hökumət nümayəndəsi Vasili Mokan özünün “Telegram” hesabında açıqlama verib.

O, bu qərarın Ukraynanın milli maraqlarına zərər verə biləcəyi səbəbilə qəbul edildiyini bildirib.

Sözügedən müqavilə iki ölkə arasında 1999-cu ildə imzalanıb.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Rusiyadan buğda, günəbaxan yağı, kağız və yuyucu vasitələrin idxalını qadağan etdiyini açıqlayıb.

Onu da qeyd edək ki, Ukrayna ilə Rusiya arasında münasibətlər gərginləşib. Rusiya Donbas istiqamətinə zirehli texnikaları yığmağa başlayıb. Gecə də Rusiya hava qüvvələrinə aid texnikalar Ukrayna sərhədi istiqamətinə göndərilib. Eyni zamanda Belarus da Ukrayna sərhədinə texnika yığmağa başlayıb.

Bu yazılara da göz atın...