Home Fakt Ermənilərin əsir götürdüyü Aminin yeni görüntüsü yayıldı – VİDEO

Ermənilərin əsir götürdüyü Aminin yeni görüntüsü yayıldı – VİDEO

by admin
17 views

“İnfoteka24” saytı ermənilər tərəfindən əsir götürülən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Amin Musayevin fotosunu paylaşıb.

Görüntülərdə bunun Amin Musayev olduğu görünür, ancaq onun harada saxlanıldığı barədə məlumat verilməyib.

Xatırladaq ki, noyabrın 12-də “ANNA News” “YouTube” kanalında azərbaycanlı əsirə (Amin) rusiyalı jurnalist tərəfindən tibbi yardımın göstərilməsi ilə bağlı video paylaşılıb. Həmin video erməni tərəfinin humanizm nümunəsi kimi qələmə verilsə də, sonradan ermənilərin hərbçimizə işgəncə verməsinə dair video da ortaya çıxıb.

Onun harada olması barədə məlumat yoxdur.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisi ilə hərbi əsir haqqında hər hansı məlumatın yalnız onların ailələrinə veriləcəyini bildirib.

Hərbçimizin dayısı Sənan Sadıqov isə onun haqqında ancaq sağ olduğunu bildiklərini deyib.
A.Musayev Ağstafa rayon sakinidir, ailənin tək övladıdır.

yenilider.info

Bu yazılara da göz atın...