Home banner 17 il nazirlik edən korrupsioner ƏHMƏDOV-Həbs edilən GENERALIN DOSYESİ

17 il nazirlik edən korrupsioner ƏHMƏDOV-Həbs edilən GENERALIN DOSYESİ

by admin
83 views

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov həbs edilib.

KAİM.az xəbər verir ki, Əhməd Hüseyn oğlu Əhmədov 1969-cu ildə Şərur rayonunun Tumaslı kəndində anadan olub. 1996-cı ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.

1990-cı ildən daxili işlər orqanlarında xidmət edib. 1997-ci ildə Naxçıvan Muxtar Respublikası DİN-in Mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsinin rəisi, 2000-ci ildə Naxçıvan şəhər Polis Şöbəsinin rəis müavini təyin edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 16 iyun 2000-ci il tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə gətirilib.

Naxçıvan Muxtar Respublikasının müxtəlif mükafatlarına layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 20 may 2004-cü il tarixli 62 nömrəli fərmanı ilə daxili xidmət general-mayoru, 30 iyun 2006-ci il tarixli 1546 nömrəli sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 28 iyul 2017-ci il tarixli əmrinə əsasən vəzifəsindən azad edilib.

Ailəlidir. Dörd övladı var.

mənbə: KONKRET.az

Bu yazılara da göz atın...