Home GÜNDƏM AŞPA-da azərbaycanlı deputatdan erməni həmkarına ŞİLLƏ KİMİ CAVAB: “Şuşi yox, ŞUŞA!”

AŞPA-da azərbaycanlı deputatdan erməni həmkarına ŞİLLƏ KİMİ CAVAB: “Şuşi yox, ŞUŞA!”

by admin
2 views

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Kamal Cəfərov AŞPA-nın qış sessiyası zamanı Ermənistanın qurumdakı nümayəndə heyətinin üzvünü tarixə hörmətlə yanaşmağa və Şuşa şəhərinin adını düzgün tələffüs etməyə çağırıb.

KAİM.az xəbər verir ki, bu barədə “Report”un Fransa bürosu məlumat yayıb.

K.Cəfərov bldirib: “Azərbaycan şəhərinin adı Şuşi yox Şuşadır. Tarixə hörmətlə yanaşmaq lazımdır”.

Azərbaycanlı deputat erməni həmkarını müzakirələrə yerli-yersiz siyasi don geydirməməyi tövsiyə edib:

“Dağlıq Qarabağda əməliyyatlar başa çatıb və bu gün artıq qarşılıqlı inam yaratmağın vaxtı çatıb. Siz isə bunun əvəzinə AŞPA-dakı müzakirələrdən istifadə edərək hər bir məsələni siyasiləşdirməklə məşğulsunuz”, – deputat bildirib.

Bu yazılara da göz atın...