Home GÜNDƏM Azərbaycan-Ermənistan sərhədləri ilə bağlı VACİB AÇIQLAMA – “Azərbaycana XOŞ GƏLMİSİNİZ!”

Azərbaycan-Ermənistan sərhədləri ilə bağlı VACİB AÇIQLAMA – “Azərbaycana XOŞ GƏLMİSİNİZ!”

by admin
15 views

10 noyabr üçtərəfli razılaşmasından sonra Azərbaycanla Ermənistanın dövlət sərhədlərinin hansı xəritələr əsasında müəyyənləşdirilməsini üç ölkənin-Rusiya, Ermənistan və Azərbaycanın güc strukturları müəyyən edib.

KAİM.az xəbər verir ki, bunu Ermənistan XİN-in mətbuat katibi Anna Nağdalyan Zəngilan-Qubadlı istiqamətində sərhədlərin niyə məhz 1975-1976-cı illərə aid sovet hərbi xəritələri əsasında müəyyən edildiyinə dair suala cavab verərkən bildirib. O deyib ki, XİN prosesdə iştirak etmirdi.

Sərhədlərin 70-ci illərə aid sovet hərbi xəritələri əsasında müəyyən edildiyini bundan əvvəl Ermənistanın baş nazirinin müavini Tiqran Avinyan açıqlamışdı. Onun sözlərinə görə, söhbət “müvəqqəti razılaşmadan” gedir və gələcəkdə sərhədlərin demarkasiyasına dair danışıqlar aparılmalıdır.

Xatırladaq ki, sərhədlərin müəyyən edilməsi nəticəsində Gorus və Qafanı birləşdirən avtomobil yolunun, eləcə də Şurnux kəndinin bir hissəsi Azərbaycanın nəzarətinə keçib. Hələlik ermənilərə bu yoldan maneəsiz istifadəyə imkan yaradılıb, amma onlar hər dəfə “Azərbaycana xoş gəlmisiniz!” sözləri yazılmış nəhəng plakatın qarşısından keçib gedirlər. /Virtualaz.org

Bu yazılara da göz atın...