Home GÜNDƏM DYP-dən Şəmkirdə sürücüdən rüşvət alınmasına dair AÇIQLAMA / VİDEO

DYP-dən Şəmkirdə sürücüdən rüşvət alınmasına dair AÇIQLAMA / VİDEO

by admin
14 views

Yol polisi əməkdaşı tərəfindən Şəmkir rayonu ərazində “KamAZ” sürücüsündən rüşvət alınması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

KAİM.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Baş Dövlət Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev deyib.

Qurum rəsmisi bildirib ki, yayılan məlumatlar əsassızdır: “Araşdırma nəticəsində polisin sürücüdən pul alması faktı təsdiqini tapmayıb. Sadəcə həmin nəqliyyat vasitəsinin sürücüsü yük daşıma qaydalarını pozduğu üçün posta dəvət olunub, barəsində inzibati protokol tərtib olunub və inzibati məsuliyyətə cəlb edilib”.

Bu yazılara da göz atın...