Home GÜNDƏM Keçmiş icra başçısı VƏFAT ETDİ – FOTO

Keçmiş icra başçısı VƏFAT ETDİ – FOTO

by admin
22 views

Sabiq icra başçısı Zöhrab Məmmədov vəfat edib.

KAİM.az bildirir ki, bu haqda qaynarinfo-ya icra başçısının yaxınları məlumat verib.

Qeyd edək ki, uzun illər yüksək vəzifələrdə işləmiş Zöhrab Məmmədov 1980-1985-ci illərdə Qubadlı rayon KP, 1985-1990-cı illərdə Abşeron rayonu KP-nin birinci katibi olub. 1990-1991-ci illərdə isə “Azərnəşr”in redaktoru kimi fəaliyyət göstərib. Prezident yanında Ali Nəzarət inspeksiyası Hacıqabul və Əlibayramlı rayonları üzrə ali nəzarət inspektoru, Əmlak Komitəsində bir çox mühüm vəzifələrdə çalışıb və vəfatına qədər “Ay-Ata” ASC sədri vəzifəsini tutub.

17.02.1941-ci ildə dünyaya gələn Zöhrab Məmmədov 24.03.2021-ci ildə beyin xərçəngindən vəfat edib.

Bu yazılara da göz atın...