Home GÜNDƏM Oktay Şirəliyevdən vaksinasiya ilə bağlı AÇIQLAMA

Oktay Şirəliyevdən vaksinasiya ilə bağlı AÇIQLAMA

by admin
2 views

“Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın sayəsində koronavirusla mübarizə çərçivəsində Azərbaycan qabaqcıl ölkələr sırasına qatılıb. Bu gün artıq ölkədə vaksinasiya prosesinə başlandı”. 

KAİM.az xəbər verir ki, bu sözləri bu gün keçirilən mətbuat konfransında Səhiyyə naziri Oqtay Şirəliyev deyib.

O bildirib ki, vaksinasiya ilə bağlı mütəxəssis rəyi öyrənilib və ən yaxşı vaksin bizdə istifadə olunur:

“Azərbaycan vaksinasiyaya başlayan ilk ölkələr sırasındadır. Türkiyədə də bu vaksindən istifadə olunur. Bu vaksin ən təhlükəsiz və effektli hesab olunur.

Vaksindən istifadə edənlər də xəstələnə bilər. Lakin vaksin sayəsində yüngül keçirəcəklər. Bu vaksinin istifadəsi tam təhlükəsizdir və bir neçə ölkədə sınaqdan keçirilib.  Vaksinin təhlükəsizliyi Prezident İlham Əliyevin göstərişi ilə yoxlanılıb”.

Bu yazılara da göz atın...