Home GÜNDƏM Oqtay Şirəliyevlə Ramin Bayramlıya vaksin vurulmayıb?-TƏBİB-dən RƏSMİ CAVAB

Oqtay Şirəliyevlə Ramin Bayramlıya vaksin vurulmayıb?-TƏBİB-dən RƏSMİ CAVAB

by admin
7 views

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sosial şəbəkələrdə səhiyyə naziri Oqtay Şirəliyev və TƏBİB rəhbəri Ramin Bayramlının inyeksiya zamanı şprisdə vaksin deyil, başqa dərman olması barədə iddialara münasibət bildirib.

KAİM.az-ın xəbərinə görə, TƏBİB-dən “report”un sorğusuna cavab olaraq qeyd olunub ki, sosial şəbəkədə yayılan şəkli yaxınlaşdırdıqda qablaşdırmanın üzərində “only for clinical trial” yazılıb.

“Yəni, bu, kütləvi istifadə üçün deyil, sadəcə klinik araşdırmalar üçün nəzərdə tutulub. Əslində tibb işçiləri üçün istifadəsinin rahatlığı baxımından növbəti dəfələrdə birdəfəlik qablaşdırılmış şpris formasında gətirilməsi istehsalçılardan xahiş edilib. Lakin birinci mərhələdə istehsalçı şirkət zamanın az, tələbatın isə çox olduğunu nəzərə alaraq şpris qablaşdırılmasından imtina edib və birnəfərlik flakonlara üstünlük verib” – deyə sorğunun cavabında bildirilir.

TƏBİB-dən həmçinin bildirilib ki, dünən vaksin vurulan Ramin Bayramlı özünü yaxşı hiss edir: “Heç bir problem yoxdur”.

Bu yazılara da göz atın...