Home GÜNDƏM ŞAD XƏBƏR: Xankəndi TƏMİZLƏNİR – Erməni hərbçiləri Qarabağdan kolonlarla RƏDD OLUR

ŞAD XƏBƏR: Xankəndi TƏMİZLƏNİR – Erməni hərbçiləri Qarabağdan kolonlarla RƏDD OLUR

by admin
8 views

Son iki sutka ərzində sosial şəbəkələrdə azərbaycanlı hərbçilərin çəkdikiləri videogörüntülər yayılıb. Kadrlarda Xankəndidən çıxarılan erməni ordusunun kolonu görünür.

KAİM.az xəbər verir ki, ağır texnika kalonu Laçına tərəf hərəkət edir. Digər kadrlarda KamAZ kalonu görünür, bunlardan adətən canlı qüvvənin daşınmasında istifadə olunur.

Hərbçilərin şərhlərinə görə, Ermənistan Silahlı Qüvvələri Qarabağdan çıxarılır, amma rəsmi olaraq bu barədə heç nə deyilmir.

Azərbaycanlı hərbçilərin çəkdikləri digər kadrlarda Azərbaycan Silahlı Qüvvələrinin Əsgəran rayonunda Qarov kəndi ilə üzbəüz mövqeləri göstərilib. Həmin yüksəkliklərdən erməni tərəfinin mövqeləri aydın görünür, Xankəndi və Əsgəranın ətrafını da görmək olur.

Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən erməni qüvvələr Qarabağdan çıxarılmalıdır, lakin erməni tərəfi bu bəndin yerinə yetirilməsini hər vəchlə yubadır.

Bu yazılara da göz atın...